Qafqaz Universitetində “İngilis dili və ədəbiyyatında yeni yanaşma metodları” adlı konfrans keçirildi FOTOLENT
27 April, 2012, Qafqaz Universitetinin Pedaqoqika fakultəsi
İngilis dili və ədəbiyyatı bölməsi tərəfindən aprelin 27-də Ümummilli
Lider Heydər Əliyevin anadan olmasının 89-cu və “ÇAĞ” Öyrətim
İşlətmələri şirkətinin 20-ci ildönümünə həsr olunmuş “İngilis dili və
ədəbiyyatında yeni yanaşma metodları” adlı Gənc
Tədqiqatçıların II Beynəlxalq konfransı keçirildi.
Konfransda
universitetin rektoru professor Ahmet Sanıç gənc tədqiqatçıları
salamladı, ingilis dilinin günümüzdəki əhəmiyyətindən bəhs etdi .Sonra
söz alan universitetin İngilis dili və ədəbiyyatı bölməsinin kafedra
müdiri Ali Bereket konfransla əlaqəli olaraq bunları dedi: Məqsəd
tədqiqatçıların elmi fəaliyyətdə əldə etdikləri nailiyyətləri və
nəticələri müzakirə etmək, araşdırmaqda olduqları elmi-tədqiqat
işlərində irəli sürülən elmi yenilikləri təhlil etmək, İngilis dili və
ədəbiyyatı sahəsində yeni tədqiqat metodlarının daha səmərəli
araşdırmaqdır.
Bir gün davam edən kofransın proqramı dilçilik, ədəbiyyat və
təhsil kimi tədqiqat sahələrini əhatə edirdi. “İngilis dili və
ədəbiyyatında yeni yanaşma metodları” adlı gənc
tədqiqatçıların II beynəlxalq konfransına ölkə daxilindən və
xaricindən səksənə yaxın tədqiqatçı iştirak edirdi.Konfrans Qafqaz
universitetinin auditoriyalarında seksiyalara bölünərək davam etdirldi.
Qeyd edək ki, konfransın sponsoru Azersun Holdingdir.
Qafqaz Universitetinin mətbuat xidməti.