Türkiyəli iş adamları Gəncə Azərbaycan-Türkiyə Özəl Liseyində
Gəncə
Azərbaycan - Türkiyə Özəl Liseyində Türkiyəli İş adamları tanışlıq
məqsədi ilə görüş keçiriliblər. Görüş, Türkiyə Cümhuriyyətinin
Gəncədəki Baş Konsulluğunun, Gəncə “Araz” Kursları və Gəncə Azərbaycan -
Türkiyə Özəl Liseyinin birgə təşkilatçılığı nəticəsində baş tutub.
Görüşdə təşkilatçılardan başqa Gəncə-Qazax bölgəsindəki bir çox inşaat
və tikinti şirkətlərinin, bankların rəhbərləri iştirak ediblər.
Qonaqlar, əvvəlcə liseyin sinif otaqları, laboratoriyaları, kitabxanası
ilə tanış olublar. Liseyin müdiri Kenan Gözel qonaqlara təhsildə əldə
etdikləri nailiyyətləri, uğurları barədə məlumat verib.
Qonaqlar liseyin
uğurlarından məmnun olduqlarını bildirərək bu nailiyyətlərin davamlı
olmasını arzulayıblar.
Görüşün sonunda qonaqlarla xatirə şəkli çəkdirilib.