Ordubad Qız Liseyi olimpiadalarda uğurla çıxış edir

“Burç-İstanbul Riyaziyyat yarışması”nda Ordubad Qız Liseyinin səkkizinci sinif şagirdləri Gülnar Rzayeva qızıl, İlahə Abdullayeva isə bürünc medal qazanıb”. Bu barədə bizimlə söhbətində Ordubad Qız Liseyinin müdiri Muhammet Tabancalı məlumat verdi.
 Onun sözlərinə görə, muxtar respublikada təhsilə yaradılan əlverişli şəraitin nəticəsi kimi, lisey beynəlxalq olimpiadalarda uğurla çıxış edir: “İlk başda bildirim ki, liseyimizin əsası o dövrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işləyən ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Onu da qeyd edim ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov cənablarının diqqət və qayğısını da hər zaman hiss etmişik. Bununla yanaşı, Azərbaycanda təhsil və tədrisə yaradılan əlverişli şəraitə paralel olaraq, şagirdlərimiz beynəlxalq və ölkə miqyasında keçirilən olimpiadalarda uğurla çıxış edirlər. Sonuncu belə uğurumuz isə “Burç-İstanbul Riyaziyyat yarışması”nda və Bakı şəhərində keçirilən Beynəlxalq Ekologiya Layihə Olimpiadasında liseyin tələbələrin qızıl, gümüş və bürünc medala layiq görülmələridir. Təkcə ötən 1 ay ərzində olimpiadalarda liseyimiz 3 qızıl, 4 gümüş medal qazanıb. Ümumilikdə isə Ordubad Qız Liseyi indiyədək beynəlxalq olimpiadalarda 10-u qızıl olmaqla, ümumilikdə 39 medala sahib olub”.
Liseyin müdiri ötən il bu tədris ocağının bütün məzunlarının ali məktəblərə qəbul olunduğunu da bildirdi: “Ötən tədris ilində məktəbimizdən məzun olan 25 şagirdin hamısı ali məktəblərə qəbul olunub, şagirdlərdən 10 nəfəri 500-700 arasında, 2 nəfəri isə 600-dən yuxarı bal toplayıb. Onu da qeyd edim ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2011-ci il qəbul imtahanlarının nəticələri ilə bağlı açıqladığı statistik məlumatlarda Azərbaycanda orta təhsil müəssisələrinin ümumi göstəriciləri nəzərə alınaraq, ən yaxşı nəticə göstərmiş məktəblər sıralanıb.  Bu nəticələrə əsasən, liseyimiz “Azərbaycanın ən yaxşı 11-ci məktəbi” adına sahib olub”.
http://www.zaman.az/az/newsDetail_getNewsById.action?newsId=43174

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF