Bakı Dövlət və Qafqaz Universitetlərinin təşəbbüsü ilə toplantı keçirilib
Toplantı zamanı Azərbaycanın ali təhsil müəssisələrinin beynəlxalq təhsil arenasına inteqrasiyası, bu prosesdə universitetlərin üzləşdikləri imkanlar və yeniliklər, təhsil müəssisələrinin beynəlxalq təhsil məkanında atdığı bir sıra uğurlu addımlar haqqında fikir mübadiləsi aparılıb. Açılışı Qafqaz Universitetinin rektoru professor Ahmet Saniç edib. O, bundan sonra daha da yüksək nəticələr göstərmək üçün universitetlərin birlikdə çalışmalarında fayda olduğunu vurğulayıb.
Növbəti görüş 1 may 2012-ci il tarixində Bakı Dövlət Universitetində keçiriləcək.
Elmira İsmayılova,
Beynəlxalq Proqramlar şöbəsinin mütəxəssisi
http://bsu.edu.az/az/news/bak_dvlt_v_qafqaz_universitetlrinin_tbbs_il_toplant_keirilib