Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın nümayəndələri Qafqaz Universitetində karyera günü keçirdilər
Azərbaycan Respublikası Prezidenti yanında Dövlət
Qulluğu Məsələləri üzrə Komissiyanın mütəxəssisləri Rauf Məcidbəyli və
Nərmin Mirzəyeva Qafqaz Universitetində “Dövlət qulluğuna qəbul
qaydaları” haqqında seminar verdilər. Əvvəlcə, Komissiyanın Dövlət
qulluğuna kadrların seçilməsi şöbəsinin müdir müavini Rauf Məcidbəyli
komissiyanın fəaliyyəti və planlaşdırılan məsələlər haqqında geniş
məlumat verdi. Sonra isə Komissiyanın mütəxəssisi Nərmin Mirzəyeva
dövlət qulluğuna kadrların seçilməsi qaydaları haqqında tələbə və
magistrlara geniş təqdimatla çıxış etdi.
Görüşün sonunda tələbələrin çoxsaylı sualları cavablandırıldı.
Tələbələrlə görüşdən sonra qonaqlar Qafqaz Universitetinin maddi-texniki potensialı ilə yaxından tanış oldular.
Qonaqları qəbul edən Universitetin rektoru Prof.Dr. Ahmet Saniç
dövlət qulluğuna qəbulun şəffaf keçirilməsi ilə əlaqədar məmnuniyyətini
ifadə etdi və Komissiyanın işinə uğurlar dilədi. Təqdimata görə
qonaqlara təşəkkür edən Rektor, belə görüşlərin tez-tez olmasının
əhəmiyyətini vurğuladı.
Vüsal Rzayev