Qafqazda beynəlxalq konfrans keçirilib
DünƏn Qafqaz Universitetinin pedaqogika fakültəsinin ingilis dili və
ədəbiyyat bölümü ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu
ilə ÇAĞ öyrətim işlətmələri şirkətinin yaranmasının 20-ci ildönümünə
həsr olunmuş "İngilis dili və ədəbiyyatında yeni yanaşma metodları" adlı
Gənc Tədqiqatçıların II Beynəlxalq konfransı təşkil olunub.
İlk olaraq
çıxış edən universitetin rektoru Ahmet Saniç rəhbəri olduğu təhsil
ocağında bu cür tədbirlərin mütəmadi olaraq təşkil edildiyini, belə
konfransların tələbələrin dünya görüşünün genişlənməsinə mühüm təsir
göstərdiyini vurğulayıb. "Konfransın universitetimizə və Azərbaycan elm
mühitinə yeniliklər gətirəcəyinə ümid edirik", - deyə rektor vurğulayıb.
Pedaqogika fakültəsinin rəhbəri Əli Bərəkət isə bildirib ki,
konfransın məqsədi tədqiqatçıların elmi fəaliyyətdə əldə etdikləri
nailiyyətlər və nəticələri müzakirə etmək, araşdırmaqda olduğu
elmi-tədqiqat işlərində irəli sürülən elmi yenilikləri təhlil etmək,
ingilis dili və ədəbiyyatı sahəsində yeni tədqiqat metodlarının
əhəmiyyətini vurğulamaqdır.
Bir gün davam edən konfransın proqramı
Dilçilik, Ədəbiyyat və Təhsil kimi tədqiqat sahələrini əhatə edir.
beynəlxalq konfransa ölkə daxilindən və xaricindən səksənə yaxın
tədqiqatçı qatılıb.
Bəhruz
http://online.hafta-ichi.com/v5//2012/04/28/read=72744