Əcnəbi tələbələr Azərbaycanı tanıtdı


24 April, 2012,
Azərbaycan Respublikası Prezidentinin 07 iyul 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “ Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının 6.2.7.bəndinin icrasını təmin etmək məqsədi ilə 23 aprel 2012-ci il tarixdə Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “PARK İNN” mehmanxanasında Azərbaycan Respublikasında təhsil alan əcnəbi tələbələr arasında Azərbaycan tarixi və coğrafiyası üzrə I Respublika olimpiadası keçirildi. Olimpiadanın məqsədi respublikada fəaliyyət göstərən ali məktəblərdə təhsil alan əcnəbi tələbələrin Azərbaycanın tarixi və coğrafiyası haqqında məlumatlandırılması, onlar arasında maarifləndirmə işinin genişləndirilməsi və həmçinin asudə vaxtın səmərəli təşkil edilməsidir. Yarışmada çıxış edən Gənclər və İdman Nazirliyinin Tələbə Gənclər Təşkilatları sektorunun müdiri Elşən Hüseynov  bildirdi ki, bu cür tədbirlərin keçirilməsi ilə əcnəbi tələbələrin yaddaşında Azərbaycan ömürlük həkk olunacaq. Yarışmada Qafqaz Universiteti, Bakı Dövlət Universiteti, Neft Akademiyası, Bakı Musiqi Akademiyası, İqtisad Universiteti, Slavyan Universiteti, Azərbaycan Texniki Universiteti, Tibb Universiteti və digər ali təhsil ocaqlarının tələbələri iştirak etdi. Olimpiadada Türkiyə, Moldova, İran, Koreya və digər ölkələrdən olan əcnəbi gənclər qalibiyyət uğrunda mübarizə apardı. Qafqaz Universitetini təmsil edən tələbələr üçüncü yerə layiq görüldü.

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF