“Bugünün gəncləri sabahın liderləri”
Dünən Qafqaz Universitetində İnformasiya və
Kommunikasiya Texnologiyasının İnkişafı üzrə BMT-nin Asiya və Sakit
Okean Təlim Mərkəzi (UN-APCICT) ilə birgə təşkil etdiyi “Bugünün
gəncləri sabahın liderləri” layihəsi çərçivəsində “İdarəetmədə İKT-nin
tətbiqi” mövzusunda seminar keçirildi. Seminarı giriş sözü ilə Qafqaz
Universitetinin dosenti Yədulla Babayev açdı və bildirdi ki, APCICT
2006-cı ildə BMT-nin Asiya və Sakit Okean ölkələri üzrə iqtisadi və
sosial komissiyanın regional təşkilatı kimi yaradılmışdır. Bu təşkilat
İKT-dən istifadə etmək yolu ilə cəmiyyətlərin inkişafına kömək
məqsədilə bir sıra təlimlər keçirir. İndiyə kimi keçirilən təlimlərə
120 ölkədən 11900 nəfər cəlb olunmuşdur. Bugünkü tədbir çərçivəsində
keçirilən seminarda Azərbaycanın 12 universitetindən 55 bakalavr tələbə
iştirak edir.
Qeyd edək ki, seminarda tələbələr arasında “İdarəetmə və inkişaf siyasəti üçün İKT”, “Elektron hökumətin tətbiqi”, “Hökumət liderləri üçün İKT dəyərləri”, “İKT və iqlim dəyişikliyi”ni əhatə edən mövzular müzakirə olundu.
Seminar aprelin 8-də başa çatacaq.
Gülşən HÜSEYNOVA,
“Respublika”.
http://www.respublica-news.az/2012/04/03/23333/Qeyd edək ki, seminarda tələbələr arasında “İdarəetmə və inkişaf siyasəti üçün İKT”, “Elektron hökumətin tətbiqi”, “Hökumət liderləri üçün İKT dəyərləri”, “İKT və iqlim dəyişikliyi”ni əhatə edən mövzular müzakirə olundu.
Seminar aprelin 8-də başa çatacaq.
Gülşən HÜSEYNOVA,
“Respublika”.