İraq məktəblisi Sima Faruk: Azərbaycanla bağlı xatirələrim uzun müddət yaddaşımdan silinməyəcəkdir

Bakı, 7 aprel (AzərTAc). Azərbaycandan olduqca xoş təəssüratlarla ayrılıram. Ölkənizlə bağlı xatirələrim uzun illər yaddaşımdan silinməyəcəkdir.
Bunu aprelin 6-7-də Bakıda keçirilmiş “Ətraf mühitin mühafizəsi” VI Beynəlxalq layihə olimpiadasının (“İnepo-Avrasiya”) gümüş medalını qazananlardan biri - İraq məktəblisi Sima Faruk AzərTAc-ın müxbiri ilə söhbətində demişdir.
Şimali İraqın Süleymani şəhərindən tədbirə qatıldığını bildirən Sima Faruk Bakıya gəldiyinə və olimpiadanın “Ətraf mühit” kateqoriyasında medala sahib olduğuna görə özünü xoşbəxt hesab etdiyini vurğulamışdır. O, Azərbaycanı, Bakını çox sevdiyini, bu qədim şəhərin gözəlliyinə heyran qaldığını və yenidən buraya gəlmək arzusunu dönə-dönə qeyd etmişdir.

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF