İNEPO-EUROASIA iştirakçıları ARDNŞ-ın prezidenti ilə görüşüblər


Aprelin 4-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev Ətraf Mühitin Mühafizəsi VI Beynəlxalq Layihə Olimpiadasının (INEPO-EUROASIA) iştirakçılarını “Çağ” Öyrətim İşlətmələrinin prezidenti Enver Özereni, olimpiadanın Təşkilat Komitəsinin sədri Arif  Gömleksizi və Azərbaycan-Türkiyə Özəl Liseyləri Baş İdarəsinin rəis müavini Mesut Kurnazı qəbul edib. Qonaqları çox səmimi qarşılayan ARDNŞ-ın prezidenti R. Abdullayev xarici şagirdlərə və bu görüşdə iştirak edənlərə respublikamızdakı ekoloji vəziyyətdən, rəhbərlik etdiyi şirkətin bu sahəyə xüsusi diqqət və qayğı ilə yanaşaraq lazımi maliyyə vəsaitin ayrılmasından, bununla əlaqədar olaraq neft mədənlərinin ətrafında, eləcədə digər sahələrdə yaşıllaşdırma və təmizlik işlərinin mütəmadi olaraq görülməsindən, neft sənayesinin inkişafından, neftin Azərbaycan iqtisadiyyatındakı rolundan danışaraq məlumat verib. Azərbaycanda ekoloji vəziyyətin daha da yaxşılaşması üçün xüsusi proqram və layihələrinin hazırlandığını, çox yaxın vaxtlarda dəyəri milyon manatlarla ölçülə biləcək işlərin həyata keçiriləcəyini də bildirən ARDNŞ-in rəhbəri, Azərbaycan Prezidenti İlham Əliyevin bütün sahələrlə bərabər bu sahəyə  xüsusi diqqətlə  yanaşmasının nəticəsi olaraq, Azərbaycanın qısa bir zamanda dünyanın ekoloji cəhətdən ən təmiz bir olkəsinə çevriləcəyini vurğulayıb.
Qonaqlar bu görüşdən məmnun olduqlarını bildiriblər.
 

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF