Qafqaz Universitetində tələbələrə dövlət qulluğu məsələləri ilə bağlı məlumat verilmişdir

Bakı, 4 aprel (AzərTAc). Bildiyimiz kimi, ölkəmizdə gənclərə dövlət qayğısının artırılması, onların sosial müdafiəsinin təmin edilməsi, gənclərin məşğulluq problemlərinin həlli məqsədi ilə Prezident İlham Əliyevin 2011-ci il 7 iyul tarixli Sərəncamı ilə “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı təsdiq olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyadan AzərTAc-a bildirmişlər ki, qurum bu il məzun olacaq tələbələrin dövlət qulluğuna cəlb edilməsi məqsədi ilə ali təhsil müəssisələrində silsilə görüşlər keçirir. Növbəti görüş Qafqaz Universitetində olmuşdur.
Görüşdə Komissiyanın dövlət qulluğuna kadrların seçilməsi şöbəsinin müdir müavini Rauf Məcidbəyli və həmin şöbənin baş məsləhətçisi Nərmin Mirzəyeva iştirak etmişlər.
R.Məcidbəyli Komissiyanın məqsəd və funksiyaları, fəaliyyət istiqamətləri, dövlət qulluğu sisteminin inkişafı ilə bağlı həyata keçirilən layihələr və gənclərin dövlət qulluğuna olan marağı barədə məlumat vermişdir.
Sonra N.Mirzəyeva dövlət qulluğuna qəbulun müsabiqə və şəffaflıq əsasında keçirilməsi şərtlərini və indiyədək keçirilən müsabiqələrin statistik göstəricilərini, o cümlədən də Qafqaz Universiteti üzrə rəqəmləri əks etdirən təqdimatla çıxış etmişdir.
Sonda Komissiyanın əməkdaşları tələbələri maraqlandıran suallara cavab vermişlər.
Belə görüşlər martın 14-də və 15-də müvafiq olaraq, Azərbaycan Texniki Universitetinin və Azərbaycan Müəllimlər İnstitutunun tələbələri ilə də keçirilmişdir.
http://azertag.com/node/935324

Bu blogdaki popüler yayınlar

THE UNIVERSITY WHICH IS CHOSEN BY THE STUDENTS WITH THE TOP SCORE OF 700

Təhsil naziri Ətraf Mühitin Mühafizəsi VI Beynəlxalq Layihə Olimpiadasının iştirakçıları ilə görüşüb

Rektörümüz Bilimsel Toplantı ve İşbirliği İçin Azerbaycan Kafkas Üniversitesinde