Türkiyəli qonaqlar Qubada



Qafqaz Universitetinin təşəbbüsü ilə Azərbaycanda səfərdə olan Samsun şəhərinin bələdiyyə başqanının müşayət etdiyi geniş tərkibli nümayəndə heyəti Qubaya səfər edib. SİA-nın Şimal bürosunun verdiyi məlumata görə, qonaqları Quba rayon İcra Hakimiyyətinin başçısı Mübariz Ağayev qəbul edib. 
SİA-nın Şimal bürosunun verdiyi xəbərə görə, o rayonun tarixindən bəhs edərkən ümummilli lider Heydər Əliyevin iki qardaş ölkə arasında münasibətləri ən yığcam şəkildə səciyyələndirən “Azərbaycan və Türkiyə - bir millət, iki dövlətdir” sözlərini xatırladıb. Mübariz Ağayev qeyd edib ki, Türkiyə Azərbaycanın ən mühüm tərəfdaşıdır. Qonaqlar görüşdən çox məmnun qalıblar.
Qeyd edək ki, qonaqlar sonda Quba Soyqırımı məzarlığını yad ediblər.

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF