Qafqaz Universitetində Azərbaycanın ali təhsilinin beynəlxalq təhsil məkanına inteqrasiyası ilə bağlı müzakirələr aparılmışdır

Bakı, 13 aprel (AzərTAc). Qafqaz Universitetində Azərbaycanın qabaqcıl ali təhsil müəssisələri Beynəlxalq əlaqələr üzrə nümayəndələrinin toplantısı keçirilmişdir.
Tədbir Qafqaz Universiteti və Bakı Dövlət Universitetinin təşəbbüsü ilə reallaşdırılmışdır.
Qafqaz Universitetindən AzərTac-a bildirmişlər ki, Bakı Dövlət Universiteti, Azərbaycan Tibb Universiteti, Milli Aviasiya Akademiyası, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Texniki Universiteti, Bakı Slavyan Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti və digər ali məktəblərin nümayəndələrinin qatıldığı toplantıda Azərbaycanın ali təhsilinin beynəlxalq təhsil məkanına inteqrasiyası prosesində qazanılan uğurlar, mövcud problemlər, perspektivlər geniş müzakirə edilmişdir.
Toplantıda Qafqaz Universitetinin rektoru, professor Əhməd Saniç Azərbaycanın ali təhsilinin beynəlxalq təhsil məkanına inteqrasiyası sahəsində uğurların artırılması üçün universitetlərin birlikdə çalışmalarının əhəmiyyətindən danışmışdır. 

Bu blogdaki popüler yayınlar

Təhsil naziri Ətraf Mühitin Mühafizəsi VI Beynəlxalq Layihə Olimpiadasının iştirakçıları ilə görüşüb

THE UNIVERSITY WHICH IS CHOSEN BY THE STUDENTS WITH THE TOP SCORE OF 700

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq