Şahlar Əsgərov Qafqaz Universitetində məruzə edib

Əməkdar elm xadimi professor Şahlar Əsgərov “Dəyərlərin qiymətləndirilməsi üçün yeni kriteriya” mövzusunda Qafqaz Universitetində məruzə ilə çıxış edib.
Qafqaz Universitetinin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, Universitetinin rektoru, professor Ahmet Saniç seminarı açaraq fəlsəfənin, elmin və təhsilin zəruri əlaqəsindən və bu əlaqənin cəmiyyətin həyatı üçün əhəmiyyətindən danışıb.

Professor Ş. Əsgərov tələbələrə pedaqoqika sahəsində əldə etdiyi nəaliyyətlərdən məruzə edib. O, məruzəsində bir neçə mövzulara toxunub. “Meyyarın əhəmiyyəti”, “Fiziki elektronika”, “Mikro elektronika”, “Təhsil”, “Açar sözlər”, “Qiymətləndirmə modeli” kimi elmi və fəlsəfi başlıqlarda olan mövzulardan danışıb.
Tədbirin sonunda Qafqaz Universitetinin rektoru A. Saniç tərəfindən Ş. Əsgərova xatirə plaketi təqdim olunub.

Nigar Məmmədli
http://www.qafqazinfo.az/news.php?id=16495

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF