Kafkas İlköğretim okulunda " Xoşbəxt bir dünya üçün əl-ələ" adlı ədəbi-bədii təbir keçirilib
Xoşbəxt bir dünya üçün əl-ələ
Kafkas
İlköğretim okulunda " Xoşbəxt bir dünya üçün əl-ələ" adlı ədəbi-bədii
təbir keçirilib. Tədbirdə 3-c sinf şagirldəri hazırladıqları
bir-brinidən maraqlı səhnəciklər, videoçarxlar, mahnılar və şeirlər
iştirakçılara xoş anlar yaşadıb. Şagirdlər bununla dünyanı qardaşlığın,
sülhün, birliyin nəticəsində daha rahat bir həyat tərzinə gətirə
biləcəyinə əminliklərini göstəriblər.
“Çağ” Öyrətim işləltmələrinin
Azərbaycanda fəaliyyətə başlaması tarixini əks etdirən səhnəcik isə
tədbiri daha da maraqlı edib. Şagirdlər səhnəciklərdə müxtəlif
planetlərin cildinə girərək yer kürəsini xilas etməyin yollarını
araşdırıblar.
Tədbirin
sonunda Kafkas İlköğretim okulunun müdiri İlhami Atmaca çıxış edərək,
belə tədbirlərin məktəblilərin dünya görüşünün genişlənməsində, onların
biliklərinin zənginləşməsində əhəmiyyətli rol oynadığını deyib və
valideynlərə, müəllimlərə eləcə də şagirdlərə öz təşəkkürünü bildirib.