Universitetlərarası Şahmat yarışı
11 April, 2012 Tələbə
İdman Cəmiyyətinin təşkil etdiyi Ali Təhsil Müəssisələri arasında
şahmat yarışı keçirildi.Bu mötəbər turnirdə Qafqaz Universitetini 4
şahmatçı təmsil edirdi: Firuzə Səfərova, Fərhad Pənahov, Asəf Qurbanov
və Nihad İbrahimli.
Tələbələrimiz ilk olaraq Bakı Slavyan Universiteti,
Təfəkkür Universiteti, daha sonra Mədəniyyət və İncəsənət
Universitetinin şahmatçılarını məğlub edib, öz qrupunda 1-ci yerə layiq
görülərək yarım final mərhələsinə vəsiqə qazandı.
Yarım finalda Qafqaz
Universitetinin tələbələri Memarlıq və İnşaat Universitetinin
şahmatçılarına 4-0 hesabı ilə qalib gələrək yarışın final mərhələsinə
vəsiqə qazandılar.
Finalda şahmatçılarımız BDU tələbələrinə 3-1 hesabı
ilə məğlub olub, 2-ci yer tutdular.Qeyd etmək lazımdır ki turnirdə
20-yə yaxın Ali Təhsil müəssisələri iştirak edirdi.