“Qafqaz” Azərbaycan-Türkiyə Özəl Gimnaziyasında Nizami Gəncəviyə həsr olunmuş ədəbi-bədii gecə keçirilib

“Qüvvət elmdədir, başqa cür heç kəs,

Heç kəsə üstünlük eyləyə bilməz”.

                          Nizami Gəncəvi

“Qafqaz” Azərbaycan-Türkiyə Özəl Gimnaziyasında dahi şair Nizami Gəncəvinin 870 illik yubileyi münasibəti ilə şagirdlər arasında müsabiqə keçirilib. Bununla əlaqədar olaraq aprelin 19-da müsabiqənin yekunlarına həsr olunmuş və şagirdlərin Nizami Gəncəvinin əsərləri əsasında hazırladıqları ədəbi-bədii gecə keçirilib. Tədbirdə Azərbaycan Respublikası Səhiyyə Nazirinin müavini Elsevər Ağayev, Gəncə Nizami Mərkəzinin direktoru Xəlil Yusifli, Azərbaycan-Turkiyə Özəl Liseyləri Bas İdarəsinin rəisi Mesut Kurnaz, müşavir Nazim Əkbərov və gimnaziyanın müdiri Serhat Aktaş, müəllim və şagirdlər iştirak ediblər.
Əvvəlcə qonaqlara şagirdlərin əl işlərindən ibarət sərgi nümayiş olunub. Sərgidəki hər bir əsərdə şagirdlərin Nizami yaradıcılığına sevgisi öz əksini tapıb. Gimnaziyanin rəhbəri Serhat Aktaş bildirib ki, bu sərgi Nizami Gəncəvi irsinin şagirdlərə tanıdılmasında, həyatı dərk etməsində böyük əhəmiyyəti vardır. O, bunu şairin qələmə aldığı hər sətirdə hikmət olması ilə əlaqələndirib.
Sonra bir neçə nominasiyalar üzrə yarışan şagirdlər arasından seçilmiş qaliblər mükafatlandırılıb. Mükafatları qalib şagirdlərə Azərbaycan-Turkiyə Özəl Liseyləri Bas İdarəsinin rəisi Mesut Kurnaz, Gəncə Nizami Mərkəzinin direktoru Xəlil Yusifli təqdim ediblər. Qalib şagirdlərin Gəncə səhərinə ekskursiya edəcəklərini bildiriblər. Tədbirdə iştirak edən qonaqlar ədəbi- bədii gecənin şagirdlərin Nizami irsinin öyrənilməsi və təbliğində böyük rol oynadığı deyiblər. Gimnaziyanın pedaqoji kollektivinə belə bir tədbiri təşkil etdiklərinə görə təşəkkürlərini bildiriblər. 

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF