Beynəlxalq Əlaqələr Ofislərinin Əməkdaşları Qafqaz Universitetində bir araya gəldilər
12 April, 2012,
Qafqaz Universiteti və Bakı Dövlət
Universitetlərinin təşəbbüsü ilə Qafqaz Universitetində Azərbaycanın
qabaqcıl ali təhsil müəssisələrinin Beynəlxalq Əlaqələr üzrə
heyyətlərinin toplantısı keçirilmişdir. Toplantıda Təhsil Nazirliyi
Xarici Əlaqələr, İnformasiya və koordinasiya şöbəsinin müdiri Tamilla
Əliyeva, Azərbaycan Tibb Universiteti, Milli Aviasiya Akademiyası
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyası, Azərbaycan Texniki Universiteti, Azərbaycan Memarlıq və
İnşaat Universiteti, Bakı Slavyan Universiteti, Azərbaycan Dillər
Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Turism
İnstitutu, Odlar Yurdu Universiteti, Xəzər Universiteti və Azerbaijan
Universitetlərindən nümayəndə heyyəti iştirak ediblər.
Toplantı zamanı Azərbaycanda ali təhsilin beynəlxalq təhsil arenasına
inteqrasiyası prosesində universitetlərin üzləşdikləri imkanlar
yeniliklər və əngəllər haqqında fikir mübadiləsi aparılmışdır. Açılışı
Qafqaz Uuniversitetinin rektoru Prof. Dr. Ahmet Saniç etmişdir.
Qonaqları salamlamanın ardınca, Azərbaycan ali təhsil müəssisələrinin
beynəlxalq təhsil məkanında atdığı bir sıra uğurlu addımlardan söz açdı.
Prof. Dr. Ahmet Saniç bundan sonra daha da yüksək nəticələr göstərmək
üçün universitetlərin birlikdə çalışmalarında fayda olduğunu vurğuladı.
İştirakçıların qərarı ilə bənzəri toplantılar mütəmmadi olaraq həyata keçiriləcəkdir.