Qafqaz Universitetində “XII əsr Azərbaycan intibah ədəbiyyatı və Nizami Gəncəvi” mövzusunda görüş keçirildi
24 April, 2012, AMİ Quba filialının direktoru, əməkdar müəllim,
Filologiya elmlər doktoru, professor Məhəmməd İrac oğlu Əliyevlə Qafqaz
Universitetinin Azərbaycan dili və ədəbiyyatı ixtisasında təhsil alan
tələbələrlə görüşü oldu. Görüşdə prof. M.İ.Əliyev iştirakçılara “XII əsr
Azərbaycan intibah ədəbiyyatı və Nizami Gəncəvi” mövzusunda məruzə ilə
çıxış etdi. Alimin nəzərə çatdırmaq istədiyi əsas fikir konsepsiyası XII
əsrdə Azərbaycan intibahı və geniş ölçüdə ümumşərq intibahında
Nizaminin yeri və rolunu səciyyələndirən xüsusiyyətlər idi. Alim öz
məruzəsində bir çox maraqlı detallara toxundu. Onun maraqlı fakt və
hadisələrlə dolu məruzəsi tələbələrdə heyranlıq hissi doğurdu. Ən nəzərə
çarpan cəhət isə onun irəli sürdüyü fikir və mülahizələri konkret
tarixi faktlar və sübutlarla isbata yetirməsi idi. Məruzəçi
iştirakçıları mövzu ilə bağlı bəzi tarixi faktlarla tanış etdi.
Məhəmməd müəllimin məruzəsində vətənpərvərlik duyğusu də
aydın təcəssüm olunurdu. Məruzə zamanı milli dəyərlərimizi qorumaq,
onlara sahib çıxmaq kimi məsələlərin dəfələrcə səsləndirilməsi buna
əyani misaldır. Nizami Gəncəvi Azərbaycan şairidirmi, yoxsa Şərq şairidirmi? Ümumiyyətlə, bir şairin milliyyətini müəyyənləşdirmək üçün hansı amillər əsas götürülür: dil amilimi, ərazi amilimi, milli-etnik mənsubiyyətmi və ya başqa amillərmi? Müasir dövrdə də tam isbatını və həllini tapmayan bu suallara Məhəmməd müəllim öz münasibətində məhz bu əks qütb faktlarından çıxış edərək Nizaminin sırf Azərbaycan şairi olması fikri üzərində dayandı. Nizami Gəncəvinin milliyyətinin müəyyənləşməsində hər üç amilin müsbət təzahürlərini tapmağa cəhd etdi. Bu gözəl bir cəhd idi. Məhəmməd müəllimin bu üslubuna Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri Prof. Akif Hüseynli də öz heyranlığını vurğuladı.
Məhəmməd müəllimin zəruri bildiyi bir neçə faktı əsas götürərək böyük əminliklə və qətiyyətlə irəli sürdüyü fərdi yanaşmaları və bu yanaşmaların sadəcə fərdi deyil, həmçinin ümumi həqiqət olmasına inanması idi.
Məruzənin sonunda Məhəmməd müəllimin irəli sürdüyü fikir konsepsiyaları ilə bağlı tələbə-müəllim heyətimiz müzakirələr apardı və suallar cavablandırıldı.
Sonra isə qonaqlar Qafqaz Universitetinin elmi-texniki potensialı ilə yaxından tanış oldular və rektor Prof.Dr. Ahmet Saniçlə görüşdülər.
Xatırladaq ki, görüşdə AMİ Quba filialının müəllimləri Şükür Baxışov və Novruz Kərimov da iştirak ediridi.
Dos. İsa Qasımov
http://qu.edu.az/view_news.php?news=2178&link=286&lang=az