Gəncədə “Tələbə Baharı” – FOTOLAR

Gənclər  və İdman Nazirliyinin təşkilatı ilə Gəncə şəhərində “Tələbə Baharı” adlı Universitetlərarası festival keçirilib.
ANN.Az xəbər portalının məlumatına görə, festivalda tələbələr milli və xarici rəqslər, Azərbaycan və xarici estrada mahnıları ilə münsiflər qarşısında öz bacarıqları ilə çıxış ediblər.
Uğurla çıxış edən tələbələr, munsiflər tərəfindən diplom və dəyərli hədiyyələr ilə mükafatlandırılıblar. Daha sonra tələbələr Gəncə şəhəri haqqında müxtəlif məlumatlarla və tarixi abidələr ilə tanış olublar.
Festivalda Azerbaycan Dillər Universiteti, Azərbaycan Pedoqoji Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Bakı Slavyan Universiteti, Qafqaz Universiteti, Odlar Yurdu Universiteti, Turizm Universiteti, Gəncə Aqrar Universitetinin kollektivləri iştirak ediblər.
Ulviyyə Hacıyeva
ANN.Az
http://ann.az/az/g%C9%99nc%C9%99d%C9%99-t%C9%99l%C9%99b%C9%99-bahari-fotolar/

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır