Bakıda "Böyük şəhər idarəetməsi və inkişafı" mövzusunda elmi-praktiki konfrans keçirilir

Bakı, 9 aprel, SalamNews, V.Həsənli, V.Əliyev. Bu gün Bakıda Prezident yanında Dövlət İdarəçilik Akademiyası və Qafqaz Universitetinin Bələdiyyə Araşdlırmaları Mərkəzinin birgə təşkilatçılığı ilə "Böyük şəhər idarəetməsi və inkişafı" mövzusunda elmi-praktiki konfrans keçirilir.
SalamNews-un verdiyi xəbərə görə, konfransı akademiyanın rektoru Urxan Ələkbərov açaraq, mövzu ətrafında danışıb, ulu öndər Heydər Əliyevin dövlət idarəçilik təcrübəsinin öyrənilməsinin idarəetmə sisteminin qurulmasında və inkişafında əhəmiyyətini, onun zəngin dövlətçilik təcrübəsinin öyrənilməsinin zəruriliyini vurğulayıb. O, Prezident İlham Əliyevin insan potensialının əhəmiyyətinə verdiyi xüsusi önəmdən bəhs edib, bu sahənin diqqət mərkəzində saxlanıldığını bildirib.
U.Ələkbərov ölkəmizdə inkişafda olan bələdiyyələrin daha da uğur fəaliyyəti istiqamətində yerli özünüidarəetmə, şəhər idarəsi və bələdiyyə sahəsində araşdırma aparılmasının, dünya ölkələrinin yerli özünüidarəetmə, bələdiyyə və şəhər idarəsi sahəsindəki təcrübəsinin araşdırmağın vacibliyini vurğulayıb.
Rektor söyləyib ki, konfransın məqsədi böyük şəhərlərin idarəedilməsi və inkişafının həyata keçirilən islahatları təhlil etmək, əldə olunan uğurları və nəticələri, həmçinin xarici ölkələrin təcrübəsinin tətbiqi imkanlarını araşdırmaqdır.
Qafqaz Universitetinin rektoru Əhməd Sanıç ötən illər ərzində Azərbaycanda sosial-iqtisadi sahədə həyata keçirilən tədbirlərin, o cümlədən bələdiyyələrin inkişafı üçün aparılan islahatların əhəmiyyəti barədə danışıb. O bildirib ki, yerli özünüidarəetmə və bələdiyyə mövzusu ilə bağlı müxtəlif qurumlarla ortaq layihələr hazırlamaq və həyata keçirmək gələcəkdə bu sahədə olan inkişafa təkan verəcək.
Samsun Böyük şəhər bələdiyyəsinin sədri Yusif Ziya Yılmaz isə Azərbaycanda bələdiyyə orqanlarının fəaliyətindən söz açaraq, iki qardaş ölkə arasında təcrübə mübadiləsinin əhəmiyyətini qeyd edib. Türkiyədə uzun müddət fəaliyyət göstərən yerli özünüidarəetmə orqanlarının fəaliyyətini diqqətə çatdıran Yusif Ziya Yılmaz, bələdiyyə idarəçiliyi sahəsinə araşdırma aparan universitetlər, mərkəzlər və tədqiqatçılarla əməkdaşlıq etməyi daim qururverici olduğu və bu istiqamətdə aparılan təcrübə mübadiləsi və elmi tədqiqatların böyük məmnuniyyətlə dəstəklədiyini bildirib.
Konfrans iştirakçıları bu gün Fəxri Xiyabana gələrək, ulu öndər Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını ziyarət ediblər.
http://az.salamnews.org/az/news/read/125943/bakida-boumlyuumlk-sheher-idareetmesi-ve-inkishafi-moumlvzusunda-elmi-praktiki-konfrans-keccedilirilir/

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF