Ekologiya və Təbii Sərvətlər Naziriliyində görüş keçirilib
Aprelin 4-də Azərbaycan Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyevlə ənənəvi Ətraf Mühitin Mühafizəsi VI Beynəlxalq Layihə
Olimpiadasının (INEPO-EUROASIA) iştirakçıları olan xarici şagirdlərlə
görüşü olmuşdur. Görüşdə “Çağ” Öyrətim İşlətmələrinin prezidenti Enver
Özeren, olimpiadanın Təşkilat Komitəsinin sədri Arif Gömleksiz və
Azərbaycan -Türkiyə Özəl Liseyləri Baş İdarəsinin rəis müavini Mesut
Kurnaz iştirak etmişdir. Qonaqları çox səmimi qarşılayan nazir müavini
bu görüşdən olduqca məmnun olduğunu bildirmişdir. Sonra F. Əliyev
əcnəbi məktəblilərə və qonaqlara Azərbaycanda ekologiyanın vəziyyəti,
Azərbaycan Prezident İlham Əliyevin tapşırığına əsasən Respublika
ərazisində ekologiyanın daha təmiz olması üçün lazımi proqram və
layihələr hazırlanmasından geniş məlumat vermişdir. Bu proqram və
layihələrə əsasən ölkəinin bütün ərazisində eləcədə paytaxt Bakı
səhərində minlərlə ağaclar əkilməsindən, parklar xiyabanlar
salınmasından, geniş yaşıllaşdima, təmizlik və s. işlərin görülməsini
xüsusi qeyd etmişdir. Həyata keçirilən bu işlər nəticəsində Azərbaycan
sözün əsil mənasında ekoloji baxımdan dünyanın ən təmiz olkələrindən
birinə çevriləcəyindən əmin olduğunu qeyd etmişdir.
Sonra
məktəbli ekoloqlar yaşadıqları ölkələrdəki ekoloji problemlər və bu
problemlərin aradan qaldırılması haqqında öz düşüncələrini fikirlərini
söyləmişlər və səmimi qəbula görə nazir müavininə minnətdarlıqlarını
bildirmişlər.