Beynəlxalq layihə olimpiadasının (“İnepo-Avrasiya”) yüksək səviyyədə keçirilməsini Azərbaycanda aparılan ekoloji siyasətə dünya birliyinin verdiyi qiymət kimi dəyərləndirmək olar
Bakı, 7 aprel (AzərTAc). Xəbər verildiyi kimi, aprelin 6-7-də Bakıda
“Ətraf mühitin mühafizəsi” VI Beynəlxalq layihə olimpiadası
(“İnepo-Avrasiya”) keçirilmişdir.
Təhsil nazirinin müavini Qulu Novruzov bununla bağlı jurnalistlərə müsahibəsində demişdir:
- Azərbaycan iki gün ərzində beynəlxalq tədbirə ev sahibliyi etdi. “Ətraf mühitin mühafizəsi” VI Beynəlxalq layihə olimpiadası (“İnepo-Avrasiya”) ölkəmizdə məktəblilər arasında indiyədək keçirilən bilik yarışmaları sırasında coğrafiyasına görə ən geniş yarışma idi. Əgər 2007-ci ildə bu yarışmaya təxminən 10 ölkə qatılmışdısa, bu gün burada 42 ölkədən 400-dən artıq məktəblinin iştirak etməsi Azərbaycanın, doğrudan da, yüksək səviyyəli yarışmalara ev sahibliyi etmək iqtidarında olduğunu göstərir.

Digər bir özünəməxsusluq onunla bağlıdır
ki, “İnepo-Avrasiya” layihə yarışması yalnız hər il Bakıda keçirilir. Bu
tədbiri adı Bakı “Ətraf mühitin mühafizəsi” layihə olimpiadasıdır.
Olimpiadada Avropadan, Asiyadan, Afrikadan, müxtəlif ölkələrdən
komandalar iştirak edirdi. Hətta bəzi ölkələr bir neçə komanda ilə
təmsil olunurdu.
Ekologiyanın hazırda bəşəriyyətin ən ağrılı, qlobal
problemlərdən biri olduğunu, Azərbaycanda bu sahəyə xüsusi diqqət
yetirildiyini və bu istiqamətdə xüsusi Dövlət Proqramının həyata
keçirildiyini nəzərə alsaq, yarışmanın belə yüksək səviyyədə
keçirilməsini Azərbaycanda aparılan ekoloji siyasətə dünya birliyinin
verdiyi qiymət kimi dəyərləndirmək olar.