Türkiyənin Evyap Kollecinin şagirdi Fatih Ege Özay:Bakı ilə tanışlıqdan qürur duydum
Bakı, 7 aprel (AzərTAc). Bakıda keçirilən “Ətraf mühitin mühafizəsi”
VI Beynəlxalq layihə olimpiadası (“İnepo-Avrasiya”) aprelin 7-də başa
çatmışdır.
Dünyanın 42 ölkəsindən məktəblilərin iştirak etdiyi tədbirin bağlanış mərasimində qaliblər mükafatlandırılmışlar.
Olimpiadanın qızıl medalını qazananlar arasında qardaş Türkiyənin Evyap Kollecinin şagirdi Fatih Ege Özay da vardır. O, AzərTAc-a müsahibəsində demişdir:
-Olimpiadada uğurla çıxış edərək “Mühəndislik” kateqoriyasında birinci yeri tutmuşam. Əlbəttə ki, Türkiyəyə qalib kimi qayıtmağım məni çox sevindirir. Bakı ilə tanışlıqdan xüsusi zövq aldım və sonsuz qürur duydum. Bakı çox gözəl bir yerdir. Ölkənizin yüksək inkişafa doğru bu qədər irəlilədiyini təsəvvür etmirdim. Türkiyədə bu barədə eşitmişdim. Amma buraya gəlib hər şeyi öz gözlərimlə gördüm və doğrusu, çox təsirləndim. Burada özümə çoxlu dost tapmışam. Vətənə qayıdanda oradakı dostlarıma Bakının gözəlliyi və mehriban insanları haqqında danışacağam.
Azərbaycandan gələn il yenidən buraya gəlmək arzusu ilə ayrılıram.