Məktəblilərin fövqəladə hallara qarşı hazırlığı yoxlanıldı
Kafkas Ilköğretim okulunda zəlzələ, yanğın və digər fövqəladə
hallarda davranmağın qaydaları və belə vəziyyətlərdə xilas olmağın
yolları barədə təlim keçirilib. Əvvəlcə müəllimlər bununla əlaqədar
olaraq şagirdlərə ətraflı məlumat veriblər. Məktəblilərə sinifdə və
məktəbin həyətində qorunmağın eləcə də xilas olmağın əyani olaraq
qaydaları göstərilib.
Sonra şagirdlərin fövqəladə hallar zamanı
bacarıqlarını yoxlamaq üçün həyacan siqnalı verilib. Şagirdlər ilkin
qaydalara uyğun olaraq riayət ediblər. İkinci həyəcan siqnalında
şagirdlər nizamlanmış qruplar şəklində uyğun çıxışlardan məktəb binasını
1 dəq. 43 saniyə ərzində boşaldıblar.
Daha sonra məktəbin həyətində
təşkil olunmuş yanğın müəyyən edilmiş vaxt ərzində odsöndürəndən
istifadə etməklə söndürülüb. Beləliklə məktəblilər fövqəladə hallar
zamanı zəruri olan qaydaları yerinə yetiriblər.