Oğuz klubunun Xocavənd səfəri
Aprel
ayının 15-də millət vəkili Qənirə Paşayeva, xalqımızın şücaətli və
fədakar qəhrəmanı İbad Hüseynov, Türkiyə Böyük Millət Məclisinin millət
vəkili, AR Prezident Aparatı, Daxili İşlər Nazirliyi, Müdafiə Nazirliyi
və “Şahinlər” düşərgəsinin rəhbəri Akif bəyin təşkilatçılığı ilə
keçirilən proqramda iştirak etmək üçün Qafqaz Universitetinin Oğuz klubu
Xocavənd rayonunda səfərdə oldu.
Oğuz klubu həmin proqramda
vətənpərvər tələbələrdən ibarət 16 nəfərlik qrupla iştirak etdi. Klubun
üzvlərinə universitetimizin Dil Tədrisi Koordinatorluğu şöbəsinin
koordinatoru Cəlil Erdem və Dərnəklər koordinatoru Gündüz Ramazanov
rəhbərlik edirdi.
Proqramda
Qafqaz universiteti ilə yanaşı Pedaqoji Universitetin tələbələri, o
cümlədən Bakının müxtəlif kolleclərinin yuxarı sinif şagirdləri də
iştirak etdilər. Oğuz klubu öz fəallığı və intellektuallığı ilə xüsusilə
fərqləndi. Klubun rəhbəri Kənan Şıxəliyev, üzvləri Rəşad İdrisov və
Günel Əzizova öz müsahibələri ilə həm Oğuz klubunun fəaliyyəti, həm də
Xocavənddə keçirilən bu proqram haqqında təəssüratlarını bölüşdülər.
Əvvəlcə,
Oğuz klubunun təmsilçiləri digər proqram iştirakçıları ilə birlikdə
İbad Hüseynovun minaya düşdüyü əraziyə toplaşdılar. Millət vəkili Qənirə
Paşayeva, İbad Hüseynovun qardaşı, Qarabağ mübaribəsi dövründə İbad
Hüseynovun komandiri olmuş Eyvaz Hüseynov, Türkiyə Böyük Millət
Məclisinin millət vəkili, ardınca da İbad Hüseynov və onun döyüş
silahdaşı olmuş Elçin Yunusov nitq söylədilər. Bundan sonra hər kəs
birlikdə Nərgiztəpəni ziyarət etdi.
Tələbələrimiz
yol boyu vətənpərvərlik mahnıları ifa edir, müxtəlif maraqlı və
intellektual oyunlar oynayaraq Xocavənd səfərinin yaddaqalan olmasını
təmin etdilər.