Rabitəbankda karyera imkanları

26 April, 2012, Rabitəbankın mütəxəssisləri Qafqaz Universitetində müvafiq ixtisaslarda təhsil alan tələbə və magistrlarla görüşdülər. Əvvəlcə, Rabitəbank İdarə Heyətinin sədr müavinin Elçin Qədimov iştirakçılara uğurlu karyera qazanma yolunda diqqət edilməsi məqamlar haqqında tövsiyələrini verdi. 
Sonra isə Rabitəbank İnsan Resursları Departamentinin direktoru Fəzilə Əsgərova Rabitəbankda karyera imkanları haqqında geniş təqdimatla çıxış etdi. Görüşdə toxunulan məsələlər tələbə və magistrların marağına səbəb oldu və çoxlu suallar verildi. Suallar hərtərəfli cavablandırıldıqdan sonra iştirakçılar Rabitəbankda işə qəbulla bağlı ilkin test imtahanı verdi. İmtahan nəticələri yaxşı olanlar ikinci mrəhələdə müsabiqəyə dəvət olunacaqlar.
Tələbə və magistrlarla görüşdən sonra qonaqlar Qafqaz Universitetinin iş dünyası ilə əlaqələrini əks etdirən elmi-texniki baza ilə tanış oldular.
Sonda Universitetin rektoru prof. Ahmet Saniç qonaqları qəbul etdi. Qəbul zamanı ikitərəfli münasibətlərin qarşılıqlı maraqlar əsasında inkişaf etdirilməsi üçün bəzi məqamlar müzakirə edildi.
Dos. İsa Qasımov

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF