Qafqaz Universitetinin tələbələri dövlətqulluğuna cəlb olunur
Azərbaycan
Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə
Komissiya bu il məzun olacaq tələbələrin dövlət qulluğuna cəlb edilməsi
məqsədi ilə ali təhsil müəssisələrində silsilə görüşlər keçirir
Tədbiri giriş sözü ilə açan R. Məcidbəyli komissiyanın məqsəd və funksiyaları, fəaliyyət istiqamətləri, dövlət qulluğu sisteminin inkişafı ilə bağlı həyata keçirilən layihələr və gənclərin dövlət qulluğuna olan maraqları barədə məlumat verib.
Daha sonra N. Mirzəyeva dövlət qulluğuna qəbulun müsabiqə və şəffaflıq əsasında keçirilməsi şərtlərini və indiyə kimi təşkil olunan müsabiqələrin statistik göstəricilərini, o cümlədən də Qafqaz Universiteti üzrə göstəriciləri özündə əks etdirən təqdimatla çıxış edib.
Görüşün sonunda komissiyanın əməkdaşları tələbələri maraqlandıran suallara cavab veriblər.
Qeyd edək ki, bu cür görüşlər indiyə kimi Texniki Universitetin (14 mart) və Müəllimlər İnstitutunun (15 mart) tələbələri ilə keçirilib.
http://www.xezerxeber.com/XeberOxu.aspx?id=12232
