Şəki liseyində “Ağıllı yazı taxtaları” istifadə ediləcək


Beynəlxalq Keyfiyyətli idarəetmə sistemi (TS EN ISO 9001:2000) sertifikatına malik olan liseydə 2012-2013-cü tədris ilindən etibarən bütün sinif otaqlarında “Ağıllı yazı taxtaları”ndan istifadə ilə tədrisə start veriləcək. Bu barədə qəzetimizin bölgə müxbirinə liseyin müdiri İsmail Özcan məlumat verib. 
 "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində artıq bir neçə ildir ki, liseydə “Elektron məktəb” sisteminin istifadəsinə başlanılıb. Liseyin müəllimləri artıq elektron jurnaldan, elektron dərslərin idarəetmə proqramından istifadə edirlər.
“Elektron məktəb” layihəsi çərçivəsində liseyin şagirdlərinin valideynləri də bu imkandan yararlana bilirlər. Beləliklə, sistem üzrə valideynlər əgər internet istifadəçisidirlərsə öz övladlarının qiymətlərini liseyə gəlmədən öyrənirlər.
Lisey rəhbərliyi əlaçı tələbələrin yay tətilini daha maraqlı keçirməsi üçün bu ildən yeniliyə imza atmağı planlaşdırır. Belə ki, dərs ilində yüksək nəticələr əldə edən, əla qiymətlərlə oxuyan eləcə də respublika və beynəlxalq olimpiadalarda fərqlənən şagirdlər bu ildən liseyin Oğuz rayonunun Xal-Xal istirahət düşərgəsində daha çox, həm də pulsuz dincəlmək şansı əldə edəcək.
http://www.zaman.az/az/newsDetail_getNewsById.action?newsId=43301

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır