Samsunlu qonaqlar Quba Özəl Türk Liseyində şagirdlər tərəfindən gül-çiçəklə qarşılandılar
Samsun Böyükşəhər Bələdiyyəsinin sədri Yusif
Ziya Yılmazın rəhbərlik etdiyi nümayəndə heyəti Qubada olub. Əvvəlcə,
onlar Quba Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Ağayevlə
görüşüblər. M. Ağayev qonaqlara Quba haqqında, aparılan islahatlar
barədə məlumat verdi. Bələdiyyə sədri Azərbaycanda, Qubada olmasından
çox məmnun olduğunu qeyd etdi və onları çox mehriban qarşıladıqlarına da
görə təşəkkürünü bildirdi.
Qonaqlar sonra Qubadakı kütləvi soyqırımı məzarlığını ziyarət etmiş və orada gördükləri mənzərədən dəhşətə gəlmişlər.
Quba Özəl Türk Liseyində qonaqlar şagirdlər tərəfindən gül-çiçəklə
qarşılandılar. Canıkbaşarı Universitetinin Qəyyumlar Şurasının sədri
Ahmet Giritli çıxışı zamanı 1997-ci ildə bu binanın təməlatmasında
iştirak etdiyini bildirdi. “ Xəyalıma belə gətirmədiyim anları
yaşayıram. O zaman çətinliklə tikilən bu binanın qarşısında şagirdlərlə
görüşmək bizim üçün çox duyğuludur”,- deyə çıxışına davam edən A.
Giritli artıq yeni nəslin səsini dünyanın, demək olar ki, hər tərəfində
eşidildiyini dedi. Qonaqlar liseydəki “1993-2000” muzeyi ilə tanış
oldular.
http://www.zaman.az/az/newsDetail_getNewsById.action?newsId=43175