Qafqaz Universitetində Gənc Tədqiqatçıların II Beynəlxalq Konfransı keçirilib.


Qafqaz Universitetinin Pedaqogika fakultəsi İngilis dili və ədəbiyyatı bölməsi tərəfindən ümummilli Lider Heydər Əliyevin anadan olmasının 89-cu və “ÇAĞ” Öyrətim İşlətmələri Şirkətinin 20-ci ildönümünə həsr olunmuş “İngilis dili və ədəbiyyatında yeni yanaşma metodları” adlı Gənc Tədqiqatçıların II Beynəlxalq Konfransı keçirilib.
 Tədbirdə universitetin rektoru, professor Ahmet Saniç ingilis dilinin günümüzdəki əhəmiyyətindən söz açıb. Daha sonra o deyib: “Bizim bu bölümü bitirən tələbələrimiz məzun olduqları zaman ən az 3 dili bilmiş olurlar. Belə bir konfransın gənc tələbələrimiz tərəfindən keçirilməsi də məni sevindirir. Belə bir konfransda Amerikadan və xaricdən gələn qonaqların iştirak etməsi təhsil ocağımız üçün bir yenilikdir”.   Universitetin İngilis dili və ədəbiyyatı bölməsinin kafedra müdiri Ali Bereket qəzetimizə verdiyi açıqlamsında bildirib ki, bu konfransın təşkilində məqsəd tədqiqatçıların elmi fəaliyyətdə əldə etdikləri nailiyyətləri və nəticələri müzakirə etmək, ingilis dili və ədəbiyyatı sahəsində yeni tədqiqat metodlarını daha səmərəli araşdırmaqdır.
Qeyd edək ki, Azersun Holdinqin sponsorluğu ilə keçirilən konfransda ölkə daxilində və xaricdə fəaliyyət göstərən səksənə yaxın tədqiqatçı iştirak edib. Sadİq Umarov
http://www.zaman.az/az/newsDetail_getNewsById.action?newsId=43350

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF