Qafqaz Universitetinin Amerikalı müəllimələri Zaqatala şəhərini çox bəyəndilər
Qafqaz Universiteti Dil Tədrisi Koordinatoru
Celil Erdem və koordinatorluğun amerikalı müəllimələri Shirley Stanley
və Kaitilin Ward xanımlar Zaqatala rayonu icra başçısının təhsil,
səhiyyə və mədəniyyət işləri üzrə müavini Zümrüd Ağakişiyevanı ziyarət
ediblər. Qonaqları çox səmimi qarşılayan Zümrüd xanım Zaqatala rayonunun
tarixi, mədəniyyəti və təhsili haqqında məlumatlar verdi. Təhsil
sahəsində Çağ Öyrətim Şirkətinin təhsil müəssisələrindən olan Qafqaz
Universiteti ilə sıx əməkdaşlıq etdiklərini bildirdi. O, cümlədən
Zaqatalada fəaliyyətdə olan Zaqatala Araz kurslarının rayonun təhsili
üçün əhəmiyyətindən danışdı.
Koordinator Celil Erdem də Qafqaz Universitetinin fəaliyyətindən və
Zaqataladan universitetdə oxuyan tələbələrin təhsildəki uğurlarından
söhbət açdı.
Müəllimələr də Azərbaycanı çox sevdiklərini və Zaqatala şəhərini də çox
bəyəndiklərini də qeyd etdilər. Onlara göstərilən qonaqpərvərlikdən çox
razı qaldıqlarını qeyd etdilər.
http://cult.qu.edu.az/view_news.php?news=2102