Təhsil Nazirliyində “İNEPO-Avrasiya”nın iştirakçıları ilə görüş keçirilib

Dünən Təhsil Nazirliyində ekologiya və təbiəti mühafizə problemlərinə həsr edilmiş Ətraf Mühitin Mühafizəsi VI Beynəlxalq Layihə Olimpiadasının (İNEPO-Avrasiya) iştirakçıları ilə görüş keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən təhsil naziri Misir Mərdanov bildirib ki, olimpiada aprelin 6-7-də Bakıda keçiriləcək və bu, Azərbaycanın dünyada daha yaxından tanınmasına şərait yaradacaq. Nazir deyib ki, olimpiadaya Azərbaycan da daxil olmaqla 43 ölkədən şagirdlər qatılıb: “Olimpiadanın təşkilat komitəsinə 400-dək layihə təqdim olunub. Onlardan 115-i seçilərək, münsiflər heyətinin müzakirəsinə veriləcək”.
 
M. Mərdanov bildirib ki, Ətraf Mühitin Mühafizəsi Beynəlxalq Layihə Olimpiadasına qoşulan ölkələrin sayı ildən ilə artır. Olimpiadada 2007-ci ildə 17, 2008-ci ildə 30, 2009-cu ildə 31, 2010-cu ildə 33, 20011-ci ildə isə 35 ölkə iştirak edib: “2007-ci ildən keçirilən bu olimpiadada ekologiya və təbiəti mühafizə problemləri ilə bağlı müxtəlif layihələrdə iştirak edən azərbaycanlı məktəblilər 21 qızıl, 22 gümüş və 25 bürünc medal qazanıblar”.
http://www.zaman.az/az/newsDetail_getNewsById.action?newsId=43075

Bu blogdaki popüler yayınlar

THE UNIVERSITY WHICH IS CHOSEN BY THE STUDENTS WITH THE TOP SCORE OF 700

Təhsil naziri Ətraf Mühitin Mühafizəsi VI Beynəlxalq Layihə Olimpiadasının iştirakçıları ilə görüşüb

Rektörümüz Bilimsel Toplantı ve İşbirliği İçin Azerbaycan Kafkas Üniversitesinde