Qafqaz Universitetində Gənc Tədqiqatçıların II Beynəlxalq konfransı keçirilib


27 April, 2012,
Atif Eyvazov/AZADİNFORM. Bu gün Qafqaz Universitetinin Pedaqogika  fakültəsi  İngilis dili və ədəbiyyatı bölməsi tərəfindən ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu və “ÇAĞ” Öyrətim İşlətmələri şirkətinin 20-ci ildönümünə  həsr olunan “İngilis dili və ədəbiyyatında yeni yanaşma metodları” adlı Gənc Tədqiqatçıların II Beynəlxalq konfransı keçirilib. Məlumatı “Azadinform”a Qafqaz Universitetindən veriblər.
Konfransda universitetin rektoru, professor Ahmet Sanıç müasir dövrdə ingilis dilinin əhəmiyyətindən bəhs edib.
Universitetin İngilis dili və ədəbiyyatı bölməsinin kafedra müdiri Ali Bereket bildirib ki, konfransın keçirilməsində məqsəd  tədqiqatçıların elmi fəaliyyətdə əldə etdikləri nailiyyətləri və nəticələri müzakirə etmək, araşdırmaqda olduqları elmi-tədqiqat işlərində irəli sürülən elmi yenilikləri təhlil etmək, İngilis dili və ədəbiyyatı sahəsində yeni tədqiqat metodlarının  daha səmərəli  araşdırmaqdır.
Konfransın proqramı dilçilik, ədəbiyyat və təhsilin digər sahələrinə aid  tədqiqat sahələrini əhatə edib. “İngilis dili və ədəbiyyatında yeni yanaşma metodları” adlı gənc tədqiqatçıların II beynəlxalq  konfransa ölkəmizdən və xaricdən 80-ə yaxın tədqiqatçı iştirak edib. Konfrans Qafqaz Universitetində bölmələr üzrə  davam edib.
Qeyd edək ki, konfransın sponsoru “Azersun Holding”dir.
http://www.azadinform.az/news/a-20745.html

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF