Azərbaycanlı mühəndis - Qafqaz Universiteti məzunu Asif Hüseynovun ABŞ-dakı uğurları
Asif Hüseynov
Qafqaz Universitetində bakalavr təhsilini uğurla bitirdikdən sonra, magistr
təhsilini ABŞ-ın Missouri ştatında davam etdirir. O, 2003-cü ilin Sentyabr
ayında Bakıda BP Azərbaycan şirkətində Qazmaçı muhəndis vəzifəsində işə
başlayır. Şirkət Asif Hüseynovda olan potensialı görərək, onu 2006-cı ilin İyul
ayında BP-nin ABŞ offisində Qazma Muhəndisi vəzifəsinə təyin edir. Bu vəzifədə
göstərdiyi yüksək nailiyyətlərə görə onu Quruda Wyoming Qazma qurğusunda baş
mühəndis vəzifəsinə təyin edirlər. 2008-ci ilin Avqust ayından isə Meksika
körfəzində Qazmaçı muhəndis olarag “Mad Dog” ve “Atlantis” yataqlarının
işlənməsində fəaliyyətini davam etdirir.
Asif Hüseynov
“Macondo” yatağındakı “Deep Water Horizon” qurğusunun partlayışından sonra
BP-nin Meksika korfəzində ilk quyusunun Baş muhendisi olmuşdur (Single Point
Accountble (SPA). Bu layihə 2011-ci ilin birinci rübündə başlamış və 2012-ci
ilin Mart ayında başa çatmışdır. Bu gazma quyusu BP-nin Meksika korfəzində ən
böyuk layihələrindən olan “Atlantis” yatağında qazılmışdır. Qeyd edək ki,
“Atlantis” yatağı 7,000 ft (2122 m) suyun uzərində, Meksika körfəzinin Green
Canyon blokunda yerləşir və dünyanın ən dərin sularında yerləşən istehsal
qurğusudur.
Bu neft quyusu BP
üçün çox böyük əhəmiyyətə malikdir. Bildiyimiz kimi keçənilki partlayışdan sonra
BP Meksika korfəzində fəaliyyətlərini bərpa etməyə çalışırdı. Burada baş verən
proseslər BP rəhbərliyi, ABŞ hökuməti, eləcə də dünya ictimaiyyəti tərəfindən
diqqətlə izlənilirdi. Bu layihənin də öhdəsindən uğurla gələn məzunumuz hal
hazırda BP şirkətində yeni-yeni uğurlara imza atmağa davam edir.
Belə dünya əhəmiyyətli layihənin
baş muhəndisinin azərbaycanlı olması, həmçinin Qafqaz Universitetinin məzunu
olması bizdə qürur hissi oyadır.
Asif Huseynovun
ABŞ-da fəaliyyət göstərən Azərbaycan Amerika Mədəniyyət Alyansının işinə
koməklik göstərməklə Azərbaycan mədəniyyətinin dünyaya çatdırılması kimi mühüm
fəaliyyətləri də mövcuddur.
Bir Dünya
Universiteti olmağı hədəfləyən Qafqaz Universiteti Asif Huseynov kimi məzunları
ilə qlobal əhəmiyyətli layihələrin icarasında aparıcı rol oynamaqla, doğru yolda
olduğunu bir daha nümayiş etdirir.
Asif Huseynov Qafqaz
Universiteti ailəsinin üzvi kimi bütün Azərbaycanın fəxridir. Biz Asif Huseynov
və onun kimi digər məzunlarımızla fəxr edir və daha böyük nailiyyətlər
diləyirik.
Xatırladaq ki, Qafqaz
Universiteti Sənaye Mühəndisliyi bölməsindən 2002-ci ildə məzun olmuş Asif
Hüseynov 6 ilə yaxindır ki, ABŞ-ın Texas ştatının Houston şəhərində
yaşayır.