Təhsil Nazirliyində VI Beynəlxalq layihə olimpiadasının iştirakçıları ilə görüş olmuşdur
Bakı, 4 aprel (AzərTAc). Aprelin 6-7-də Heydər Əliyev adına
İdman-Konsert Kompleksində “Ətraf mühitin mühafizəsi” VI Beynəlxalq
layihə olimpiadası (“İnepo-Avrasiya”) keçiriləcəkdir.
Təhsil Nazirliyində olimpiadanın iştirakçıları ilə görüş olmuşdur.
AzərTAc xəbər verir ki, görüşdə təhsil naziri Misir Mərdanov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ekologiya və ətraf mühitin qorunması məsələlərinə daim böyük önəm verdiyini diqqətə çatdırmışdır.
Beynəlxalq layihə olimpiadasının keçirilməsinin məqsədi barədə danışan nazir qeyd etmişdir ki, bu olimpiada dünyada, o cümlədən Azərbaycanda mövcud ekoloji problemlərin həllində, eləcə də ətraf mühitin mühafizəsi istiqamətində gənc nəslin məlumatlandırılması, ekoloji biliklərin inkişaf etdirilməsində mühüm əhəmiyyət kəsb edir.
M.Mərdanov bildirmişdir ki, Təhsil, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, İctimai Televiziya və Radio Yayımları Şirkəti, “Çağ” Öyrətim İşlətmələri Şirkəti və “İnepo -Avrasiya” Ekologiya İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçiriləcək olimpiadada dünyanın 42 ölkəsindən (Azərbaycan, Türkiyə, Gürcüstan, İndoneziya, Litva, Malayziya, Böyük Britaniya, Rusiya, Polşa, Ukrayna, Türkmənistan, Rumıniya və s.) 400-dək məktəbli yarışacaqdır. Nazir olimpiadada ildən-ilə daha çox ölkənin iştirak etdiyini də diqqətə çatdırmışdır.
Olimpiadanın açılış mərasimi aprelin 6-da olacaqdır.
İştirakçılar müvafiq mövzularda layihələrini təqdim edəcəklər. Həmin layihələr münsiflər heyəti tərəfindən qiymətləndiriləcək, qaliblər mükafatlandırılacaqlar.
Olimpiadada iştirak etmək üçün Tailand, Laos, Pakistan, Qazaxıstan və digər ölkələrdən gəlmiş məktəblilər ürək sözlərini açıqlamışlar.
Görüşdə “Çağ” Öyrətim İşlətmələri Şirkəti idarə heyətinin sədri Ənvər Özərən və Azərbaycan-Türk Özəl Liseyləri Baş İdarəsinin rəisi Arif Gömləksiz də iştirak etmişlər.
Qeyd edək ki, 2007-ci ildən keçirilən bu olimpiadada müvafiq layihələrlə iştirak edən Azərbaycan məktəbliləri 21 qızıl, 22 gümüş və 25 bürünc medal qazanmışlar.
http://www.azertag.com/node/935279