Təbiəti qorumaq hamının işidir
42 ölkədən olan gənclər Azərbaycanda ekologiya və təbiəti mühafizə problemlərinə həsr olunan olimpiadada iştirak edəcək
Dünən özəl Türk Liseyində Ətraf Mühitin Mühafizəsi VI Beynəlxalq layihə
Olimpiyadası mövzusunda konfrans keçirilib. Konfransı giriş sözü ilə
"Ətraf Mühitin mühafizəsi Beynəlxalq Layihə olimpiadası Təşkilat
Komitəsinin sədri, Azərbaycan-Türkiyə özəl Liseyləri baş idarəsinin
rəisi Arif Gömleksiz açaraq bu marafonun kleçirilməsi məqsədlərindən
danşıb. O bildirib ki, olimpiadanın əsas məqsədi Azərbaycanda və dünyada artmaqda olan ekoloji problemlərin həlli və ətraf mühitin tarazlığının qorunub saxlanılması mövzusunda gənc nəsli maarifləndirməkdir. Bu tədbir vasitəsilə həmçinin şagirdlərdə ekoloji şüuru inkişaf etdirmək, ətraf mühitə qarşı həssas münasibət formalaşacaq. Onun sözlərinə görə, olimpiada təbii, mədəni, tarixi və sosial estetik dəyərləri qorumaq, problemlərin həllində şagirdləri yaşayaraq və əməl edərək müxtəlif layihlər əldə etmək bacarığı aşılayacaq.
Layihə ilə bağlı ətraflı məlumat verən şirkətin sədr müavini onu da bildirib ki, olimpiada Təhsil Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, İctimai Televiziya və Radio Yayımları Şirkətinin dəstəyi, "Şağ" Öyrətim İşlətmələri Şirkətinin və "İNEPO-AVRASİYA" Ekologiya İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilir. Arif Gömleksizin sözlərinə görə, 2007-ci ildə ilk dəfə respublikamızda həyata keçirilməyə başlanan olimpiadanın Təşkilat Komitəsinə xüyli müraciətlər daxil olub. Bu il keçiriləcək 6-cı İNEPO-AVRASİYA Ekologiya Olimpiadasında isə 42 ölkədən 400-ə yaxın iştirakçı qatılacaq. Onlardan 115-i seçilərək münsivlər heyətinin müzakirəsinə veriləcək.
Arif Gömleksiz onu da bildirdi ki, iki gün (6-7 aprel) marafon Heydər Əliyev adına İdman-Konsert Kompleksində təşkil olunacaq. Qaliblərin mükafatlandırılması aprel ayının 7-də olacaq. Həmçinin bu olimpiyadada Azərbaycan, Əfqanistan, Albaniya, Bonqladeş, Nigeriya, Ukrayna, Yəmən, Zambiya və digər ölkələrdən iştirakçılar qatılacaq.
Şirkətin sədr müavininin sözlərinə görə, tədbir iştirakçılarının Təhsil Nazirliyində, Ekologiya və Təbii Sərvətlər Nazirliyində, ARDNŞ-də və İctimai Televiziyada görüşü nəzərdə tutulub: "İştirakçılar həmçinin "Atəşgah"Məbədinə ekskursiya keçəcək, "Qala Arxeoloji Etnoqrafik Muzey Kompleksi"nə ekskursiya edəcək, "Ekoloji Park"da ağac əkəcək, Ekologiya İdarəsinin Kompleks Tədqiqatlar Labaratoriyasında ekskursiyada olacaqlar".
Arif Gömleksiz onu da qeyd edi ki, bu olimpiadada təkcə "Çağ" Öyrətim İşlətmələri Şirkətinin məktəbləri deyil, ölkədə fəaliyyət göstərən digər məktəblər də fəallıq göstərirlər. Onun sözlərinə görə 2007-ci ildə olimpiadada 17 ölkə, 2008-də 30, 2009-da 31, 2010-da 33, 2011-ci ildə isə 35 ölkə iştirak edib: "Bu göstəricilərə nəzər salsaq görərik ki, olimpiyadaya qatılan ölkələrin sayı hər il artmaqdadır. Bu da fəallığın artması və görülən işin bəhrəsidir".
Daha sonra "Çağ" Öyrətim İşlətmələri Şirkətinin sədri Enver Özeren çıxış edərək bu marafonun məqsədlərindən danışıb. Onun fikrincə, Azərbaycan yeganə ölkədir ki, burada ekoloji olimpiada daha maraqlı və kütəvi şəkildə keçirilir.
Azərbaycan haqqında bir-birindən xoş sözlər söyləyən şirkətin sədri deyib ki, bu olimpiadada iştirak etmək üçün dünyanın 17 ölkəsindən gələn qonaqlar hazırda Bakıdadır. Onun sözlərinə görə, xarici ölkələrdən olimpiadaya 350-yə yaxın layihə təqdim olunub. Azərbaycandan isə 294 nəfər layihə verib və onlardan 60 nəfərin sənədləri qəbul edilib: "Ümid edirik ki, gələn qonaqlar özlərini ölkəmizdə rahat hiss edəcək və onlar arasından qaiblər ayın 7-də məlum olacaq".
Xaricdən gələn qonaqların da tədbirə qatılmasından istifadə edərək onların bir neçəsi ilə həmsöhbət olduq. "Çağ" Öyrətim İşlətmələri Şirkətinin liseylərindən birinin yetirməsi, Somali vətəndaşə Məhəmmedemin bildirdi ki, iki gündür ki, Azərbaycandadır. Azərbaycana səfərindən məmnunluğunu ifadə edən Somali vətəndaşı bildirdi ki, ölkəmizdə qarşılaşdığı mənzərə onu valeh edib: "Bakı mənim təsəvvürlərimdə başqa cür idi. Lakin burda olmamışdım. Burada olduğum iki gün ərzində Bakını rahat gəzdim. Ölkənizin qonaqpərvərliyi və gözəlliyi məni heyran etdi. Mən olimpiadaya layihə təqdim etmişəm. Layihəmə görə qızıl medal alcağımı düşünürəm. Layihəm okean sularının işməli suya çevrilməsi ilə bağlıdır. Ümid edirəm ki, qalib gələcəm".
Nigeriyadan gələn Halime Ahmed, Məryəm Saad və Xədicə Ahmed isə bildirir ki, onlar da olimpiadaya layihə ilə qatılıblar: "Biz inanırıq ki, layihəmiz qalib gələcək. Buna ümidvar olduğumuzdan burdayıq".
Monqolustandan gələn tələbələrin hazırladıqları layihə isə kömür yanacağının ətrafa mühitə vurduğu ziyanının qarşısının alınması haqqındadır. Dediklərinə görə, onların hazıladıqları layihədə kömürdən istifadədə ətrafa zərərin necə dəyməycəyi öz əksin tapıb: "Çox inanırıq ki, qalib gələcəyik. Azərbaycana gəldikdə də çox həyəcanlı idik. Burda olduğumuz müddətdə çalışacağıq ki, Azərbaycanı gəzək və burda olan bütün tarixi abidələri ziyarət edək".
Pərvin İsmayılova
http://online.hafta-ichi.com/v5/2012/04/04/read=71859
