Qafqaz Universitetinin Dizayn kursu yeni maraqlı bir tədbirə imza atdı
Rənglərin ahəngi
25 April, 2012, Qafqaz Universitetinin
Dizayn kursu yeni maraqlı bir tədbirə imza atdı. Tələbələrdən Rəna
Tağıyeva, Eşgin Şükürov, Ebru Delihasan, Gökhan Güşlü, Ruslan Şıxıyev,
Cəsur Həsənov, Fatimə Rəsulova Dizayn kursunun müəllimi, dizayner Dr.
Arzu Məmmədovanın rəhbərliyi ilə boyalardan onlarla rəng çalarları
hazırladılar.
Xüsusi olaraq hazırlanmış maketin üzərinə klassik musiqi
sədaları altında sıra ile üst- üstə tökülən rənglərdən ortaya çıxan
görüntü təbiətdəki gözəllikləri bir daha gözlər önünə sərdi. Çoxlu
sayıda müəllim heyəti və tələbənin iştirakı ilə gerçəkləşən tədbir
izləyənləri məftun etdi.
52 nəfərdən çox iştirakçının hazırladığı modern
rəsm əsəri Universitetin divarından asılaraq sərgilənəcək.