Göyçay Rayon Təhsil Şöbəsində görüş

Ağdaş Özəl Türk Liseyinin müdiri Ramazan Tomay Göyçay Rayon Təhsil Şöbəsinin müdiri Asif Nəbiyevlə görüşüb. Görüş zamanı Ramazan Tomay liseyin fəaliyyəti təhsil göstəriciləri barədə məlumat verərək  bildirib ki, keçən il  məzunlarının hamısı TQDK-nın ali məktəblərə qəbulla bağlı keçirdiyi imtahanlarda yüksək bal toplayaraq müxtəlif ali məktəblərə qəbul olunublar. Liseydə şagirdlər üçün lazımi şəraitin hazırlandığını, respublika və beynəlxalq fənn eləcə də layihə olimpiadalarında da medallar qazandıqlarını deyən, liseyin müdiri bu ildə yüksək nailiyyətlər əldə edəcəklərinə əmin olduğunu söyləyib.
Göyçay Rayon Təhsil şöbəsinin müdiri Asif  Nəbiyevi Azərbaycan-Türkiyə Özəl Liseylərinin, eləcə də Ağdaş Özəl Türk Liseyinin Respublikamızın təhsil sistemində çox böyük rolu olduğunu və Ağdaş Özəl Türk Liseyinin ətraf rayon məktəbləri üçün də nümunə olduğunu deyib və ATÖL-nin fəaliyyətindən qürur duyduğunu bildirib. Liseyin pedaqoji kollektivinə təhsildə uğurlar diləyib.
Görüşün sonunda Ramazan Tomay  “Ana dilimizi sevək, sevdirək” müsabiqəsinin təsis etdiyi xatirə hədiyyəsini Asif  Nəbiyevə təqdim edib.

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır