Bakıda Ətraf Mühitin Mühafizəsi Beynəlxalq Layihə Olimpiadası keçiriləcək
Bu gün Təhsil Nazirliyində ekologiya və təbiəti mühafizə
problemlərinə həsr edilmiş Ətraf Mühitin Mühafizəsi VI Beynəlxalq Layihə
Olimpiadasının (İNEPO-Avrasiya) iştirakçıları ilə görüş keçirilib.
Gün.Az xəbər verir ki, tədbirdə çıxış edən təhsil naziri Misir Mərdanov bildirib ki, olimpiada aprelin 6-7-də Bakıda keçiriləcək.
“Olimpiadada Azərbaycan da daxil olmaqla 43 ölkədən şagirdlər iştirak edəcək. Bu günə kimi, olimpiadanın təşkilat komitəsinə 400-dək layihə təqdim olunub. Onlardan 115-i seçilərək münsiflər heyətinin müzakirəsinə veriləcək”.
M.Mərdanov bildirib ki, Ətraf Mühitin Mühafizəsi Beynəlxalq Layihə Olimpiadasına qoşulan ölkələrin sayı ildən ilə artır.
“Əgər 2007-ci ildə olimpiada da 17 ölkə iştirak edirdisə, bu gün bu rəqəm 35-ə yüksəlib”.
Nazir bildirib ki, bu illər ərzində olimpiadada iştirak edən edən azərbaycanlı məktəblilər 21 qızıl, 22 gümüş və 25 bürünc medal qazanıblar”.
Mirvari Kamilqızı
Gün.Az