Siyəzən Rayon İcra Hakimiyyətinin Başçısı Quba Özəl Türk Liseyinin müdirini qəbul edib.

Siyəzən Rayon İcra Hakimiyyətinin Başçısı Arif Qasımov Quba Özəl Türk Liseyinin müdiri Mustafa Alagözoğlunu qəbul edib. Qəbul zamanı M. Alagözoğlu liseyin təhsildə əldə etdiyi nailiyyətləri, uğurları  barədə ətraflı məlumat verib. 
Şagirdlərinin beynəlxalq fənn və layihə olimpiadalarında fəal iştirak etmələrindən, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının ali məktəblərə qəbulla bağlı keçirdiyi imtahanlarda yüksək bal toplayaraq dünyanın bir çox universitetlərində təhsillərini davam etdirmələrindən, məzunlarının təhsil aldıqları ölkələrdə Azərbaycanı ləyaqətlə təmsil etmələrindən söhbər açıb. 
İcra Başçısı A. Qasımov Quba Özəl Türk Liseyinin nümunəvi bir təhsil ocağı olduğunu bildirərək liseyin təhsildə qazandığı uğurlarından məmnun olduğunu deyib. Rayonda fəaliyyət göstərən təhsil müəssisələrinə göstərilən diqqət və qayğıdan, bu sahənin daha da inkişaf etdirilməsi üçün lazımi tədbirlərin görülməsindən danışıb. Bu işlərin bundan sonrada davam etdiriləcəyini vurğulayıb. Quba Özəl Türk Liseyinə və onun pedaqoji kollektivinə uğurlar arzulayıb.

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF