Quba Özəl Türk Liseyinin müdiri Şabran Rayon İcra Hakmiyyətinin Başçısı ilə görüşüb.
Quba
Özəl Türk Liseyinin müdiri Mustafa Alagözoğlu Şabran Rayon İcra
Hakmiyyətinin Başçısı Novruz Novruzovla görüşüb.
Görüş zamanı M.
Alagözoğlu liseyin fəaliyyətə başladığı dövrdən təhsildə əldə etdiyi
nailiyyətləri haqqında geniş məlumat verib.
Liseydə təhsil alan
şagirdlər üçün hazırlanmış şəraitdən, ən müasir təhsil texnologiyaları
ilə təchiz olunmalarından, məzunlarının TQDK-nın ali məktəblərə qəbulla
bağlı keçirdiyi imtahanlarda ən yüksək bal toplayaraq dünyanın müxtəlif
ölkələrində təhsillərini davam etdirmələrindən, beynəlxalq fənn və
layihə olimpiadalarından qızıl, gümüş və bürünc medallar qazanmalarından
ətraflı söhbət açıb.
Rayon İcra Hakimiyyətinin Başçısı N. Novruzov
liseyin təhsildə əldə etdiyi uğurlardan məmnun olduğunu bildirib və bu
sahəyə rayonda xüsusi diqqət və qayğı göstərildiyini qeyd edib.
Novruz
Novruzov xarici ölkələrə səfərləri zamanı orada təhsil alan Azərbaycanlı
tələbələrlə görüşlər keçirdiklərini və bu tələbələrin əksəriyyətinin
Azərbaycan-Türkiyə Özəl Liseylərinin məzunları olduğunu və orada
ölkəmizi ləyaqətlə təmsil etdiklərini deyib.
Bundan qürur duyduğunu
bildirən İcra Başçısı Quba Özəl Türk Liseyinin pedaqoji kollektivinə
təhsildə uğurlar arzulayıb.