AMEC şirkətinin nümayəndələri Qafqaz Universitetin tələbələri ilə görüşdülər
20 April, 2012, Azərbaycanda əsqasən neft-qaz və tikinti
sektorunda iri həcmli layihələri həyata keçirən AMEC şirkətinin
nümayəndələri Qafqaz Universitetin Mühəndislik fakultəsi tələbələri ilə
görüş keçirdi. Görüşdə AMEC şirkətinin yaranma tarixi, fəaliyyəti,
dünyada, o cümlədən Azərbaycanda gördüyü işlər haqqında məlumat verildi.
Şübhəsiz ki, böyük layihələr həyata keçirən AMEC şirkəti üçün gənc və
savadlı mühəndislər çalışdırmaq və yetişdirmək prioritet
hədəflərdəndir. Məhz ona görə də şirkət nümayəndələri Qafqaz
Universitetində mühəndis tələbələrlə görüşdülər. Qonaqlar uğurlu karyera
haqqında düşünən gəncləri AMEC şirkəti ilə əməkdaşlığa dəvət etdi.
Təqdimatdan sonra tələbələri maraqlandırılan suallara cavab verildi.
Bundan əlavə tələbələrə müvafiq işlər üçün onlayn olaraq müraciət
etmələrini elan etdilər.
Tələbələrlə görüşdən sonra qonaqlar Qafqaz Universitetinin elmi-texniki imkanları ilə yaxından tanış oldular.
Xatırladaq ki, AMEC şirkəti Azərbaycanda 1997-ci ildən fəaliyyət
göstərir və dünya üzrə illik gəliri 3 milyard dollardır.
Dos. İsa
Qasımov