Türkiyənin Osmaniyə Korkut Ata Universitetinin rektoru Qafqaz Universitetində olmuşdur
Bakı, 13 noyabr (AzərTAc). Türkiyənin Osmaniyə Korkut Ata Universitetinin rektoru, professor Orhan Büyükalacanın başçılıq etdiyi nümayəndə heyəti Qafqaz Universitetində olmuşdur.
Qafqaz
Universitetindən AzərTAc-a bildirmişlər ki, görüşdə bu ali məktəbin
prorektoru, professor Niftalı Qocayev Azərbaycan ilə Türkiyənin tarixi
birliyindən danışmış, ulu öndər Heydər Əliyevin “Biz bir millət, iki
dövlətik” kəlamını xatırlatmışdır.
Professor N. Qocayev, eyni zamanda, Qafqaz Universitetinin fəaliyyəti barədə məlumat vermişdir.
Sonra iki universitet arasında qarşılıqlı əməkdaşlıq əlaqələri barədə geniş müzakirələr aparılmışdır.
Professor N. Qocayev, eyni zamanda, Qafqaz Universitetinin fəaliyyəti barədə məlumat vermişdir.
Sonra iki universitet arasında qarşılıqlı əməkdaşlıq əlaqələri barədə geniş müzakirələr aparılmışdır.