Höte Frankfurt Universitetinin müəllimi, həmyerlimiz Qafqaz Universitetində seminar verdi

12 November, 2012, Qafqaz Universitetində elmi  ənənəvi aylıq seminarlar mütəmadi olaraq keçirilməkdədir.  Noyabrın 12-də  universitetin tempus  ofisində  Almaniyanın Höte Frankfurt Universitetinin müəllimi, həmyerlimiz,  BDU-nun yetirməsi  Anar Rüstəmov məruzə ilə çıxışa gəlmişdir. 
Seminarı giriş sözü ilə açan Qafqaz Universitetinin prorektoru, professor Niftalı Qocayev  öncə qonağı salamlayıb Qafqaz Universitetində olmasından  məmnun olduğunu bildirdi. Sonra prorektor universitetdə keçirilən  aylıq seminarlar haqqında qısa məlumat verərək keçirilən seminarların  tələbələrin dünyagörüşlərinin genişləndirilməsində seminarların rolunun böyük olduğunu söylədi.
Daha sonra söz məruzəçi  Almaniyanın Höte Frankfurt Universitetinin müəllimi dr. Anar Rüstəmov Qafqaz  Universitetinin müəllim və tələbələrinə “Kiçik partlayışdan böyük partlayışa doğru” mövzusunda seminar verdi . Məruzədən sonra  hörmətli qonağa prorektor Niftalı Qocayev tərəfindən  Qafqaz Universitetinin xatirə plaketi təqdim olundu.
Qafqaz Universitetinin mətbuat xidməti.
http://qu.edu.az/view_news.php?news=2677&link=&lang=az

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF