Şərqşünaslıq İnstitutu ilə Qafqaz Universiteti razılıq əldə edib



Şərqşünaslıq İnstitutu və Qafqaz Universiteti noyabrın 21-də “Nizami Gəncəvi və Şərq ədəbiyyatları” adlı beynəlxalq konfrans keçirəcək.
Qafqaz Universitetindən Gün.Az-a verilən məlumata görə, bu barədə bu gün Qafqaz Universitetinin rektoru, prof. dr. Ahmet Sanıç və həmin universitetin Pedaqogika fakültəsinin dekanı, dosent Erdal Karaman AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, millət vəkili, professor Gövhər Baxşəliyeva ilə görüşdə bu barədə razılığa gəlinib.

Görüşdə hər iki elm və təhsil müəssisəsi arasında əlaqələrin genişlənməsi perspektivləri müzakirə olunub və birgə elmi tədbirlərin keçirilməsi ilə bağlı konkret ilk addım atılıb.

Həmçinin birgə elmi tədbirlərin təşkili, elmi əsərlərin tərcüməsi və nəşri sahəsində də görüləcək işlərin də perspektivlərini müzakirə olunub.

Tərəflər 2013-cü il aprel-may aylarında “Mehmet Akifdən Hüseyn Cavidə türk ziyalıları” mövzusunda beynəlxalq konfransın təşkili ilə də bağlı da razılıq əldə ediblər.

Mirvari Kamilqızı
Gün.Az

Bu blogdaki popüler yayınlar

THE UNIVERSITY WHICH IS CHOSEN BY THE STUDENTS WITH THE TOP SCORE OF 700

Təhsil naziri Ətraf Mühitin Mühafizəsi VI Beynəlxalq Layihə Olimpiadasının iştirakçıları ilə görüşüb

Rektörümüz Bilimsel Toplantı ve İşbirliği İçin Azerbaycan Kafkas Üniversitesinde