Qafqaz Universitetinin müəllimi beynəlxalq təhsil-mübadilə proqramları çərçivəsində keçirilən müsabiqədə uğur qazanmışdır

Bakı, 6 noyabr (AzərTAc). ABŞ Dövlət Departamenti Təhsil və Mədəniyyət İşləri Bürosunun beynəlxalq təhsil-mübadilə proqramları çərçivəsində gənc tədqiqatçılar üçün Fakültə İnkişaf Proqramı üzrə müsabiqə keçirilmişdir.
Qafqaz Universitetindən AzərTAc-a bildirmişlər ki, üç mərhələdən ibarət olan müsabiqədə Azərbaycanın ali təhsil müəssisələrinin humanitar və sosial elmlər sahələri üzrə elmi-pedaqoji və elmi-tədqiqat fəaliyyəti ilə məşğul olan gənc əməkdaşları iştirak etmişlər.
Müsabiqənin yekun nəticələrinə görə, Qafqaz Universitetinin müəllimi, filologiya üzrə fəlsəfə doktoru Heydər Eminli qalib adını qazanmışdır.
H.Eminli qrant mübadilə proqramı üzrə 2012-2013-cü tədris ilində ABŞ universitetlərində təlim keçəcək, ixtisaslaşdığı sahə üzrə araşdırma aparacaqdır.
Cənub-Şərqi Avropa, Mərkəzi Asiya və Qafqaz ölkələrinin ali təhsil müəssisələrindən seçilən ölkə birinciləri də proqram üzrə ABŞ universitetlərində ixtisaslaşdıqları sahələr üzrə təhsil almaqla yanaşı, müvafiq tədris prosesinə dair biliklərini təkmilləşdirəcəklər.

Bu blogdaki popüler yayınlar

THE UNIVERSITY WHICH IS CHOSEN BY THE STUDENTS WITH THE TOP SCORE OF 700

Təhsil naziri Ətraf Mühitin Mühafizəsi VI Beynəlxalq Layihə Olimpiadasının iştirakçıları ilə görüşüb

Rektörümüz Bilimsel Toplantı ve İşbirliği İçin Azerbaycan Kafkas Üniversitesinde