Qafqaz Universitetində Nizami Gəncəvinin 870 illik yubileyinə həsr olunmuş "Nizami Gəncəvi və Şərq ədəbiyyatları" adlı beynəlxalq elmi konfrans keçirildi FOTOLAR
Noyabrın 21-də Qafqaz Universitetinin Akt zalında
dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və
mütəfəkkiri Nizami Gəncəvinin 870 illik yubileyinə həsr olunmuş "Nizami
Gəncəvi və Şərq ədəbiyyatları" adlı beynəlxalq elmi konfrans keçirildi.
AMEA akad. Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu və Qafqaz
Universitetinin birgə təşkil etdikləri konfransda Azərbaycan, Türkiyə və
İran alimləri iştirak etdilər.
Konfransı giriş sözü ilə açan Qafqaz Universitetinin rektoru,
professor Ahmet Saniç və millət vəkili, AMEA akad. Z.Bünyadov adma
Şərqşünaslıq İnstitutunun direktoru, fılologiya elmləri doktoru,
professor Gövhər Baxşəliyeva giriş sözü ilə çıxış etdilər. Nizami
Gəncəvinin 870 illik yubileyinin Azərbaycanın mədəni həyatında böyük
hadisə olduğunu qeyd edən natiqlər xalqımızın mədəniyyətini,
ədəbiyyatını, elmini həmişə diqqət və qayğı ilə əhatə edən möhtərəm
Prezidentimiz İlham Əliyev cənabları ötən ilin dekabrında imzaladığı
Sərəncamla bu yubileyin bu il respublikamızda böyük təntənə ilə qeyd
edildiyini bildirdilər. "Nizami Gəncəvi və Şərq ədəbiyyatları" adlı
beynəlxalq elmi konfransın Nizamişünaslığa böyük bir töhfə olduğunu
söyləyən Gövhər Baxşəliyeva şairin yaradıcıhğının əsas ideya məğzindən
söz açdı: «XII-ci əsr intibah dövrü Gəncəsində yaşayıb-yaradan dahi
Azərbaycan şairi Nizami Gəncəvinin yaradıcıhğı bütün parametrlərinə görə
bəşər tarixində qlobal hadisədir.
Qafqaz Universitetinin rektoru,
professor doktor Ahmet Saniç ümumbəşəri mahiyyət daşıyan, ecazkar poetik
qüvvəyə malik yaradıcılığı ilə Şərq bədii təfəkkürünü elmi-fəlsəfi
fikirlərlə zənginləşdirmiş Nizami Gəncəvinin əsərləri, şeir və düşüncə
dünyası haqqında Türkiyədə də bir çox dəyərli elmi tədqiqatlar
aparıldığını qeyd etdi. Professor Ahmet Saniç rəhbərlik etdiyi Qafqaz
Universitetində də Nizami yaradıcılığına, dahi şairin şeir və fəlsəfə
dünyasına önəm verildiyini diqqətə çatdırdı, AMEA Şərqşünaslıq İnstitutu
ilə birgə "Nizami Gəncəvi və Şərq ədəbiyyatları" adlı beynəlxalq elmi
konfransın təşkilinin də buna əyani sübut olduğunu bildirdi.
Daha sonra söz məruzəçilərə verildi. İlk olaraq AMEA akad. Z.Bünyadov
adına Şərqşünaslıq İnstitutunun baş elmi işçisi, filologiya elmləri
doktoru, professor Nüşabə Araslı "Nizami və sələfləri" mövzusunda məruzə
ilə çıxış etdi.
Sonra Qafqaz Universitetinin müəllimi Setter Durmaz türk ədəbiyyatında
«Xəmsə» yaradıcılığında Nizami Gəncəvinin rolundan danışdı. İran Elm və
Mədəniyyət Universitetinin müəllimi Fərzad Qasımzadə "Dünya
ədəbiyyatının iftixarı -Nizami Gəncəvi" mövzusunda məruzə etdi.
Tədbirin sonunda AMEA akad. Z.Bünyadov adına Şərqşünaslıq
İnstitutunun direktoru, fılologiya elmləri doktoru, professor Gövhər
Baxşəliyeva və Qafqaz Universitetinin rektoru, professor doktor Ahmet
Saniç yekun nitqi söyləyərək, konfrans iştirakçılarına öz təşəkkürlərini
bildirdilər. Qafqaz Universiteti ilə AMEA akad. Z.Bünyadov adına
Şərqşünaslıq İnstitu arasında birgə memorandum da imzalandı.
Qafqaz Universitetinin mətbuat xidməti.