BP neft və qaz ixtisaslı tələbələrə öz xüsusi mükafatlarını təqdim edir
BP-nin mükafat proqramının məqsədi neft və qaz sahələrində ixtisaslaşan ən yaxşı tələbələrin təhsilinə dəstək verməkdir.
BP
şirkəti bu gün neft-qaz mühəndisliyi sahəsində ixtisaslaşan bir qrup
birinci kurs tələbəsinə öz illik xüsusi mükafatlarını təqdim etdi. Bu
tələbələr beş yerli universitetdən - Azərbaycan Dövlət Neft Akademiyası,
Qafqaz Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Bakı
Dövlət Universiteti və Xəzər Universitetindən seçiliblər.
BP-nin xüsusi mükafatları bu gün Bakıda keçirilmiş tədbirdə həmin
universitetləri təmsil edən 31 ən yaxşı tələbəyə verilmişdir. Onların
hamısı universitetə qəbul zamanı on bir ixtisas üzrə bu il ən yüksək
bal toplamış tələbələrdir. Həmin ixtisaslar bunlardır: neft-qaz
mühəndisliyi, geologiya mühəndisliyi, geofizika mühəndisliyi, mexanika
mühəndisliyi, elektroenergetika mühəndisliyi, kimya mühəndisliyi,
mühəndis sistemləri və qurğuların tikintisi mühəndisliyi, inşaat
mühəndisliyi, proseslərin avtomatlaşdırılması mühəndisliyi, neft-qaz
qurğuları mühəndisliyi, korroziya və inspeksiya.
Bu gün təqdim olunan xüsusi mükafatlar həmin tələbələrə BP-nin maliyyəsi ilə 10 aylıq ingilis dilinin təlimi proqramında iştirak etmək imkanı verəcək. Bu proqramla onlar öz texniki sahəyə aid dil bilgilərini təkmilləşdirəcəklər ki, bu da onların ixtisasları sahəsində alacaqları bilgilərə dəyərli əlavə olacaq.
Azərbaycanda BP ən yaxşı tələbələrə özünün xüsusi mükafatlarının verilməsi proqramına 2007-ci ildən başlayıb. Proqramın məqsədi neft və qaz sahələrində ixtisaslaşan ən yaxşı tələbələrin təhsilinə dəstək verməkdir. Bu mükafatlar hər il təqdim olunur və şirkətin Azərbaycanda təhsilə dəstək sahəsində daha geniş öhdəliyinin bir hissəsidir.
http://www.bp.com/genericarticle.do?categoryId=9006935&contentId=7080797

Bu
günə qədər BP öz xüsusi mükafatlarını ümumilikdə 337 ən yaxşı tələbəyə
təqdim edib ki, onlardan səkkizi sonradan uğurla BP-də öz karyeralarını
qurublar və hazırda da BP-nin işçiləridir, üçü isə BP və onun
tərəfdaşlarının təqaüdlərini alırlar.
Tədbirdə çıxış edən BP-nin geoloji-kəşfiyyat və qiymətləndirmə üzrə vitse prezidenti Qreq Rayli dedi: “Bu il BP Azərbaycanda fəaliyyətinin 20 illiyini qeyd edir. Sevinirik ki, tariximizin belə mühüm bir hadisəsini BP-nin Azərbaycanla bağlı öhdəliklərini və hələ uzun illər bu ölkənin neft və qaz sahəsində ən etibarlı tərəfdaşı olaraq qalmaq niyyətini aydınca nümayiş etdirən bir sıra əhəmiyyətli tədbirlərlə əlamətdar edə bilirik.
Məmnunam ki, bu il ənənəvi xüsusi mükafat proqramımız genişlənərək Azərbaycan Dövlət Neft Akademiyasından başqa dörd digər universiteti də əhatə edib. Bununla belə, onu da məmnuniyyətlə bildirmək istərdim ki, Azərbaycanın neft sahəsində mütəxəssislər yetişdirən bu aparıcı universiteti hələ də bizim proqramımızın ən böyük iştirakçısı olaraq qalır, çünki bu gün xüsusi mükafatlarımızı alan 31 tələbədən 14-ü Neft Akademiyasının tələbəsidir.
Bu ilki proqramın daha bir üstünlüyü ondadır ki, seçdiyimiz birinci kurs tələbələri lap başlanğıcda, yəni elə təhsillərinin birinci ilində, bizim xüsusi mükafatlardan bəhrələnə biləcəklər. Mən 31 tələbənin hamısını BP-nin illik xüsusi mükafatlarını almaları münasibəti ilə təbrik edirəm. Bu mükafatlar onların neft və qaz sahəsində ixtisaslaşması üçün gedəcəkləri uzun yolun uğurlu başlanğıcının daha bir təsdiqidir.”
BP-nin Azərbaycanda maliyyələşdirdiyi digər təhsili təşəbbüsləri haqqında ətraflı məlumat bu press relizə əlavə olunur.