Qafqaz Universiteti ilə qardaş Türkiyənin iki universiteti arasında anlaşma memorandumu imzalanmışdır
16 November 2012, Qafqaz Universiteti ilə qardaş Türkiyənin Muğla Sıtkı Koçman və Rizə Rəcəb Tayyib Ərdoğan Universitetləri arasında anlaşma memorandumu imzalanmışdır. Memorandumun imzalanma mərasimi Qafqaz Universitetinin Tempus ofisində keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan Qafqaz Universitetinin rektoru professor Əhməd Saniç Azərbaycan və Türkiyə mehriban qardaşlıq münasibətlərindən danışdı. Rektor müasir dünyada təhsilin önəmli rolunu qeyd edərək bu sahədə əməkdaşlığın vacibliyini söylədi. Daha sonra rektor nitqində Ulu Öndər Heydər Əliyev və Mustafa Kamal Atatürkün kəlamlarını məclis iştirakçılarının diqqətinə çatdırdı.
Rektor Ahmet Saniç cıxışını başa vurduqdan sonra söz Türkiyədən gələn Muğla Sıtkı Koçman universitetinin rektoru, professor Mansur Harmandara verildi. Rektor “Qafqaz Universitetinin nəaliyyətlərini çox duymuşdum, bəli indi də gəldim gördüm, duyduğum kimidir sizlərə başarılar arzulayıram” söylədi.
Sonra söz Rizə Rəcəb Tayyib Ərdoğan Universitetinin rektoru, professor Arif Yılmaza verildi. Rektor Qafqaz Universiteti ilə qurulacaq əlaqələrin gözəl bəhrə verəcəyindən söz açdı. Sonra Anlaşma Memorandumu imzalandı. Sənədi Qafqaz Universitetinin rektoru Ahmet Saniç qardaş Türkiyənin Muğla Sıtkı Koçman və Rizə Rəcəb Tayyib Ərdoğan Universitetlərinin rektorları imzaladılar.
Memorandumda
universitetlər arasında elm və təhsil sahələrində əlaqələri inkişaf
etdirmək və tələbə - müəllim mübadiləsi məsələləri nəzərdə tutulmuşdur.
Qafqaz Universitetinin mətbuat xidməti.
http://qu.edu.az/view_news.php?news=2684&link=224&lang=az